Ukrayna ordusu Putini geri addım atmağa necə məcbur edib? – Sıradan çıxarılan körpü və...

Ukrayna ordusu Putini geri addım atmağa necə məcbur edib? – Sıradan çıxarılan körpü və...

Ukrayna ordusu Rusiya lideri Vladimir Putini geri addım atmağa vadar edib.

Sfera.az bildirir ki, ABŞ-la müştərək əks-hücum planlaşdıran Ukrayna ordusu Krım yarımadası ilə Xerson arasında ən mühüm əlaqəni cəmi bir həftə ərzində qırıb.

 

“HIMARS “ tərəfindən həftələrdir hədəf alınan Dnepr çayı üzərindəki Antonovski körpüsü indi yararsız hala düşüb. Ukrayna ordusu körpüdən keçərkən Rusiyaya məxsus silahların, o cümlədən tankların və hava hücumundan müdafiə sisteminin vurulduğunu açıqlayıb. Krım yarımadası ilə əlaqənin tamamilə kəsilməsi isə Xersondakı işğalçı qüvvələrin heç bir yardım ala bilməməsi,  müdafiəsiz qalması deməkdir.

 

Digər tərəfdən, Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib ki, Ukraynanın əks-hücumları Rusiya qoşunlarının cənubda gəmiçilik və inzibati hərəkətlərini zəiflədib. ISW-nin məlumatına görə, Ukrayna ordusunun əks-hücumları həm cənubda Xerson, həm də şərqdə Donetsk ətrafında nümayiş etdirilən irəliləyişlərə səbəb olub. Müharibədə rus işğalçılarının minlərlə tank, zirehli texnika və yüzlərlə təyyarə itirdiyi təxmin edilir.

 

Qeyd olunub ki, Kreml cəbhəyə göndəriləcək əsgər tapmaqda ciddi çətinliklər yaşayır. Rusiyanın demək olar,  hər bir şəhərində könüllüləri Ukraynadakı müharibəyə qoşulmağa təşviq edən reklamlar asılıb.

 

Bununla yanaşı, Xersondakı işğalçı səlahiyyətlilər Rusiyaya birləşmək üçün kağız üzərində referendumun təxirə salındığını elan ediblər. Rusiyanın “təyin edilmiş” direktor müavini Kirill Stremousov dövlət televiziyasına açıqlamasında “bu proses təhlükəsizlik vəziyyəti ilə əlaqədar dayandırılıb”, deyə söyləyib. İşğalçıların digər nümayəndəsi Stremousov referendumun hələlik təxirə salındığını bildirərək “bu, nə olursa olsun baş tutacaq, heç kim ləğv edə bilməyəcək” kimi iddialı cümlələr işlədib.

 

Ukrayna ordusu isə referendum üçün bülletenlərin saxlandığı anbarın partladıldığını açıqlayıb. Xersonun əsas körpülərindən biri olan Antonovskinin Ukraynanın ağır bombardmanları nəticəsində yararsız hala düşdüyünü etiraf edən Kirill Stremousov körpüdən hər hansı bir avtomobilin keçməsinin qeyri-mümkün olduğunu bildirib.

 

Qeyd edək ki, Kreml Xersonla yanaşı, Avropanın ən böyük atom elektrik stansiyasının yerləşdiyi Zaporojye bölgəsində də referendum keçirməyi planlaşdırırdı.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...