Rusiya Paşinyanla döyüşə Vardanyanı çıxarır? – O, Qarabağa niyə köçdü?

Rusiya Paşinyanla döyüşə Vardanyanı çıxarır? – O, Qarabağa niyə köçdü?

Xəbər verdiyimiz kimi, erməni əsilli məşhur rusiyalı iş adamı Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək yaşamaq üçün Qarabağa gəlib. Sözügedən şəxsin gəliş məqsədi ekspertlər tərəfindən müxtəlif formada izah edilib. Məsələn, “Svobodnaya pressa” (Azad mətbuat) nəşrinin köşə yazarı İqor Moiseyev düşünür ki,  onun əsas məqsədi Ermənistanın baş naziri kürsüsünə sahiblənməkdir.

Maraqlıdır, Vardanyan niyə birbaşa Ermənistana deyil, Qarabağa gəlib?

 

Bu barədə Sfera.az-a açıqlama verən politoloq Zaur Məmmədov deyib ki, əgər Ruben Ermənistanın baş naziri olmaq üçün birbaşa İrəvana gəlsəydi, cəmiyyətdə reklamı az gedərdi:

 

“İndiki halda isə Vardanyanın “işini-gücünü ataraq ermənilər üçün faciəvi vaxtda Qarabağa köçməsi" onun üçün xalq arasında ən yaxşı piardır. Onun əsl məqsədi Ermənistanın lideri olmaqdır. Burada maraqlı nüans ortaya çıxır. Vaxtilə qərbpərəst Saakaşvili də oxşar ssenari ilə rus milyarderi İvanişvili tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. Bu dəfə isə qonşu Ermənistanda Saakaşvilidən az qərbpərəst olmayan, rusofob Paşinyan gözlənilmədən xaricdən gələn milyarder Vardanyanla hakimiyyət uğrunda mübarizə aparmalı olacaq. Təsadüfi deyil ki, Nikolun ailəsi tərəfindən idarə olunun informasiya resursları Vardanyanın gəlişinə ümumilikdə susmaqla, iki məqalədə isə tənqidlə cavab verdilər”.

 

Politoloq revanşistlərin Vardanyanla əlaqələrindən də söz açıb:

 

“İşxan Saqatelyan və digər nisbətən gəncləri çıxmaqla qocaman siyasətbazların Rubenlə uzun müddət idi ki, biznes əlaqələri mövcud idi. Köçəryan indiki halda yaxşı başa düşür ki, Ermənistan daxilində Paşinyanı seçki yolu ilə kürsüdən endirəcək lider yoxdur. Baxmayaraq ki, onun ətrafındakı media da Vardanyanla bağlı ironiyalı yazılar dərc edir. Digər maraqlı məqam, Köçəryanın avqustda ölkəni bir müddətlik tərk etməsi idi. Kim bilir, bəlkə də onlar arasıbda xaricdə görüş baş tutub. Ümumiyyətlə, Vardanyanın Ermənistana gəlməsinin Ukraynadakı müharibə ilə minimum əlaqəsi var.  Hələ 2021- ci ilin yayında Ruben Vardanyan Ermənistana gələrək siyasətlə məşğul olmaq istədiyini bəyan etmişdi.

 

Xatırladım ki, Vardanyanın kompaniyalarına qarşı son 5 ildə İtaliya, İspaniya, Almaniya tərəfindən yoxlanmalara başlanılıb. Hətta 2019-cu ildə Avroparlamentin 22 deputatı açıq məktubla Avrokomissiyanın o vaxtki rəhbərinə müraciət etmişdilər. Onun şirkəti 80 dən artıq şirkətin milyardlarla dollarının ofşorlara transfer edilməsində, çirkli pulların yuyulmasında günahlandırılır. Beləcə, Ruben Vardanyan Qarabağa necə gəlibsə, elə də ordan rədd olacaq. Ermənistanı isə maraqlı siyasi proseslər gözləyir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...