Rusiya iqtisadiyyatı nə qədər kiçiləcək? - Hökumətin PROQNOZU

İqtisadiyyat
10:36 / 06.09.2022
5710
Rusiya hökuməti iqtisadiyyatının 2 faizdən bir qədər çox kiçiləcəyini proqnozlaşdırır.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O əlavə edib ki, Rusiya sanksiyalar qarşısında iqtisadiyyatı sabitləşdirmək üçün iş aparır.
Bundan əlavə, prezidentin mətbuat katibi vurğulayıb ki, məhz sanksiyalara görə, hazırda “Şimal axını” ilə qazın nəqli mümkün deyil:
“Təmir işlərinin (qaz kəmərində) necə aparılacağını deyə bilmərik, çünki sanksiyalar buna mane olur”.
Qeyd edək ki, Qərb analitikləri, maliyyə qurumları sanksiyalarla əlaqədar Rusiya iqtisadiyyatının daha böyük böhran keçirəcəyini proqnozlaşdırır.
Vasif,
Sfera.az