Keçmiş SSRİ respublikalarında adambaşına gəlir necə dəyişib? MARAQLI STATİSTİKA

Keçmiş SSRİ respublikalarında adambaşına gəlir necə dəyişib? – MARAQLI STATİSTİKA

Bakı Araşdırmalar İnstitutu (BAİ) Dünya Bankının məlumatları əsasında keçmiş SSRİ respublikalarının müstəqillik əldə etməsindən sonra istehsal olunan ümumi daxili məhsulun (ÜDM) adambaşına düşən məbləğinin müqayisəsini aparıb. Müqayisə SSRİ-nin süqut etdiyi 1991-ci ildən son dövrə qədər, yəni, 2021-ci ilə kimi olan müddəti əhatə edir. 


Sfera.az BAİ-yə istinadən xəbər verir ki, 1992-ci ildə 15 respublika arasında adambaşına düşən ən yüksək gəlir Rusiyada, ən az gəlir isə Azərbaycanda olub. 


1992-ci ildə Rusiya əhalisinin hər nəfəri orta hesabla 3 100 dollar əlavə dəyər yaradıb. Siyahıda növbəti yerlərdə Belarus (1 663 dollar), Qazaxıstan (1 515 dollar) və Ukrayna (1 416 dollar) gəlirdi. 


1992-ci ildə Azərbaycanda adambaşına düşən gəlir isə 62 dollar olmuşdu. 


1995-ci ildə Estoniya adambaşına düşən gəlirə görə, birinciliyə yüksəlib və indiyə qədər heç bir ölkə Estoniyanı zirvədən endirə bilməyib. Adambaşına gəlir Estoniyada 2000-ci ildə 4 min dolları, 2010-cu ildə 14,7 min dolları, 2015-ci ildə 17,4 min dolları, 2021-ci ildə 27,28 min dolları ötüb. 


2021-ci ilin məlumatına görə, adambaşına düşən gəlirin böyüklüyünə görə ikinci sırada 23,43 min dollarla Litva, 20,6 min dollarla Latviya qərarlaşıb. Ötən il Rusiyada adambaşına gəlir 12,17 min dollar olub. 


Azərbaycan da ötən 30 il ərzində adambaşına düşən gəlirini xeyli artırıb. 1992-ci ildə 62 dollar olan gəlir 2000-ci ildə 652 dollara, 2005-ci ildə 1 516 dollara, 2010-cu ildə 5 713 dollara, 2013-cü ildə 7 900 dollara yüksəlib. 


Devalvasiyadan sonra iqtisadiyyatın dəyəri kiçildilyindən 2016-cı ildə adambaşına düşən gəlir xeyli azalaraq 3 999 dollara düşüb. Sonrakı illərdə iqtisadi dəyər böyüdüyündən adambaşına gəlir 5 400 dollara yüksəlib. 2021-ci ilin son məlumatına əsasən, adambaşına düşən gəlirin böyüklüyünə görə 8-ci yerdə qərarlaşıb.  


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...