Tramp 2 milyon dollar borcu qarşılığında atını təklif etdi – “Sənədi də var, qiyməti…”

Tramp 2 milyon dollar borcu qarşılığında atını təklif etdi – “Sənədi də var, qiyməti…”

Ötən ay FTB-nin evinə basqınından sonra keçmiş ABŞ prezidenti Donald Tramp yenidən dünyada ən çox danışılan adlardan birinə çevrilib. Onun haqqında səslənən çoxsaylı iddialarla yanaşı, Trampla bağlı inanılmaz sirrlər də açıqlanır.

Sfera.az bildirir ki, bu dəfə “New York Times” qəzetinin müxbiri David Enrik “Lənətlənmişlərin xidmətçiləri: Nəhəng Hüquq Firmaları, Donald Tramp və Ədalətin Korrupsiyası" (“Servants of the Damned: Giant Law Firms, Donald Trump and the Corruption of Justice”) adlı kitab yazıb. Gələn həftə ABŞ-da rəflərdə yerini alacaq kitabda keçmiş prezidentlə bağlı kifayət qədər təəccüblü iddialar yer alıb. Hələ satışa çıxarılmayan kitabı əldə edən “Guardian” qəzeti çox maraqlı detalları paylaşıb.

 

Məlumata görə, Enrikin kitabı xüsusilə Trampın ABŞ-ın nəhəng hüquq firması “Jones Day” ilə münasibətinə, bu firmanın tərəfdaşlarından biri Donald Makqanın Trampın 2016-cı il seçki kampaniyasında və daha sonra Ağ Evdə oynadığı rola diqqət yetirib.

 

Kitabın ən maraqlı hissələrindən birində  Trampın böyük məbləğdə borclu olduğu vəkilə atla ödəniş etməyə çalışdığı qeyd olunub:

 

“1990-cı illərdə Trampın ayaqqabı firmasının vəkilinə olan borcu 2 milyon dollara yaxınlaşmış, lakin o, ödəməkdən imtina etmişdi. Axırda səbri tükənən vəkil xəbərdarlıq etmədən “Trump Tower”ə gəldi, Donaldın ofisinə daxil oldu. Tramp əvvəlcə onu görməkdən məmnun idi, ancaq sonra işlər qarışdı.

 

Vəkil "mən inanılmaz dərəcədə məyus oldum. Bizə pul verməməyiniz üçün heç bir səbəb yoxdur" deyib. Tramp üzrxahlıqla mızıldandı və sonra cavab verdi: “Borcumu ödəməyəcəm. Mən sizə daha dəyərli bir şey verəcəyəm. Bir atım var, dəyəri 5 milyon dollardır”. Ardınca “at sənədini” axtarıb taparaq vəkilə verdi. Bu təklif qarşısında çaşan vəkil  kəkələrəyək ona, “Biz 1800-cü illərdə yaşamırıq. Mənə atla ödəniş edə bilməzsən”, deyə söyləyib”.

 

Yazıda qeyd olunub ki, Trampın qanuni borcları və digər hesabları ödəməkdən imtina etməsi Nyu-York və Vaşinqtonda çoxlarının bildiyi həqiqətdir. Hətta bununla bağlı bir çox araşdırmalar da aparılıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...