Uşaqlara şiddət göstərən bağça müəllimlərini hansı cəza gözləyir? - RƏY

Uşaqlara şiddət göstərən bağça müəllimlərini hansı cəza gözləyir? - RƏY

Bir neçə gündür sosial mediada müzakirə obyektinə çevrilən “Mehnur” Reabilitasiya Mərkəzində baş verənlər fonunda artıq bəzi valideynlər də oxşar faktlar paylaşırlar. Özəlliklə, bağçalarda müəllimləri tərəfindən döyülən, şiddət göstərilən kifayət qədər uşaqların olduğu qeyd olunur.

Maraqlıdır, belə məsələlərdə valideynlərin hüquqları nədən ibarətdir? Şiddət faktı aşkar olunarsa, müəllimləri, o cümlədən bağçanı hansı cəzalar gözləyir?

 

Bununla bağlı Sfera.az-a danışan vəkil Turan Abdullazadə deyib ki,  Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin”  5.2-ci maddəsinə əsasən, məktəbəqədər təhsil müəssisəsində təhsil prosesi təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulur və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verilmir:

 

“Həmin nizamnaməyə əsasən, təhsilalanların şəxsiyyətin alçaldılmasına, mənəvi və psixoloji duruma və sağlamlığa zərər vuran hərəkətlərin bütün formalarından, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaq hüququ var. Eyni zamanda,  İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən isə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.  Həmin məcəllənin 181.0.2-ci maddəsinə əsasən, təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir”.

 

Müsahibimiz qeyd edib ki,  İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə – xəbərdarlıq edilir:

 

“Yaxud qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin müddəalarına əsasən,  təhsilverənin və yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərən şəxslərin onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq vəzifəsi var.  Bundan əlavə uşağa qarşı fiziki və psixoloji şiddət göstərmiş şəxs rəhbərlik tərəfindən əmək və xidməti  vəzifələrini kobud şəkildə pozduğu üçün işdən kənarlaşdırıla bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bu ərazidə işıq olmayacaq

Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı &ldquo...

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...