Türkiyədə son 24 ilin ən böyük bahalaşması - RƏSMİ STATİSTİKA

İqtisadiyyat
11:47 / 05.09.2022
11189
Türkiyə Statistika Təşkilatı bu ilin avqust ayına aid olan qiymət dəyişikliyini açıqlayıb.
Sfera.az xəbər verir ki, rəsmi məlumata əsasən, avqustda illik inflyasiya bir qədər də yüksələrək 80,2 faizə çatıb. Aylıq müqayisədə isə bahalaşma 1,46 faiz olub.
Türkiyədə sonuncu dəfə belə yüksək inflyasiya 1998-ci illərdə qeydə alınıb. Həmin dövrdə illik 101,6 faiz inflyasiya baş vermişdi. İndiki iqtidarın dövründə isə ən yüksək inflyasiya məhz avqustda baş verib.
Türkiyədə növbəti aylarda inflyasiya sürətinin bir qədər də güclənəcəyi istisna edilmir. Çünki avqustda istehsalçı qiymət indeksi 144 faizə çatıb.
Vasif,
Sfera.az