“Sunset”dəki partlayışda yaralananların SON DURUMU

Hadisə
12:15 / 31.08.2022
8873
Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda istirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində yaralanan 3 nəfər dünən saat 22:20 radələrində Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib.
Bu barədə Sfera.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, xəsarət alan qadınların birinin bədən səthinin 45 %-i, digərinin bədən səthinin 35-40 %-i, kişinin bədən səthinin isə 60 %-i yanıb.
Onların Reanimasiya şöbəsində müalicələrinə davam edilir.
Hazırda iki qadının vəziyyəti stabil, kişinin vəziyyəti isə ağır stabil olaraq qiymətləndirilir.