Oğuzda dağlıq ərazidə yanğın başladı

Cəmiyyət
15:03 / 24.08.2022
7006
Oğuzda dağlıq ərazidə yanğın başlayıb.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın rayonun Muxas və Baş Daşağıl kəndləri ərazisindəki yüksək dağlıq ərazidə baş verib.
Yanğının söndürülməsi üçün Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi həyəti, o cümlədən meşə təsərrüfatı işçiləri əraziyə cəlb olunub.
Hazırda yanğın davam edir.