Qəbələdə yanğın BAŞLADI - RƏSMİ

Cəmiyyət
16:29 / 23.08.2022
10887
Qəbələ rayonunda dağlıq ərazidə yanğın başlayıb.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 1 ədəd helikopter yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.