Putin Kim Çen İnə məktub göndərdi – Ondan nə istəyir?

Putin Kim Çen İnə məktub göndərdi – Ondan nə istəyir?

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen İnə məktub göndərib.

Sfera.az-ın məlumatına görə, Vladimir Putin Moskva ilə Pxenyan arasında münasibətləri genişləndirmək istədiyini ifadə edib.

 

Rusiya lideri məktubunda ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının Koreya və Şimal-Şərqi Asiyada təhlükəsizliyin və sabitliyin artırılmasına kömək edəcəyini qeyd edib.

 

Şimali Koreya mediasının məlumatına görə, Kim Çen In də cavabında Rusiya ilə Şimali Koreya arasında əməkdaşlığın artmağa davam edəcəyini bildirib. Məlumata görə, Kimin Putinə cavab olaraq göndərdiyi məktubda Rusiya-Şimali Koreya əlaqələrinin İkinci Dünya Müharibəsinin sonunda Yaponiyanın məğlubiyyəti ilə qurulduğu xatırladılıb:

 

“O vaxtdan bəri iki ölkə arasında bu strateji və taktiki əməkdaşlıq, dəstək və həmrəylik düşmən hərbi qüvvələrinin təhdid və təxribatlarının qarşısını alacaq yeni səviyyəyə yüksəlib”.

 

Məktubda "düşmən qüvvələri" deyəndə hansı ölkənin nəzərdə tutulduğu bildirilməsə də,  Şimali Koreyada bu terminin çox vaxt ABŞ və onun müttəfiqlərinə istinad etmək üçün istifadə olunur. Mütəxəssislər Rusiyanın Ukraynaya təcavüzü başlayan fevral ayından bu yana iki ölkənin getdikcə daha da yaxınlaşdığını vurğulayıblar.

 

Qeyd edək ki, məktub avqustun 15-də qeyd olunan “Koreya Qurtuluş Günü” üçün göndərilib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...