Qədim İpək Yolunun kəsişməsində geosiyasət yenidən yazılmaqdadır - Təhlil

Qədim İpək Yolunun kəsişməsində geosiyasət yenidən yazılmaqdadır - Təhlil

“Hazırda mən Şuşanın qayalıqlarında dayanmışam. Azərbaycan xüsusi təyinatlıları 2020-ci ildə Hollivud döyüş filmlərindəki kimi arxamda gördüyünüz bu qayalıqları və uçurumu aşaraq şəhəri azad edib, Dağlıq Qarabağ münaqişəsinin gedişatını dəyişdirdi”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Şuşa şəhərinə səfər edən “Douglas and Sarah Allison” Xarici Siyasət Araşdırmaları Mərkəzinin direktoru, “The Heritage Foundation-un Kathryn və Shelby Cullom” Davis Beynəlxalq Araşdırmalar İnstitutunun vitse-prezidenti, Dünya Siyasət İnstitutunun köməkçi professoru James Jay Carafano deyib.

 

Onun sözlərinə görə, yaxın vaxtlara qədər ABŞ-ın bölgəyə marağı çox zəif, hətta sıfır səviyyəsində idi:

 

“Amerika nöqteyi-nəzərindən qədim İpək Yolunu əhatə edən regionlara daxil olmaq çətin görünürdü. Hazırda keçmiş postsovet ölkələri ilə əməkdaşlıq məsələləri, o cümlədən Ermənistan və Azərbaycan arasında davam edən münaqişə, Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı, eləcə də ABŞ-nın Əfqanıstandan çıxarılmasından sonra Əfqanıstanda hökumətin süqutu kimi problemlər aktualdır.

 

Regiona təsir imkanları geniş olan Rusiya, Çin və İranla davam edən gərginlik Vaşinqtonun bölgəyə yüksək strateji risk və qeyri-müəyyənliklər diyarı kimi baxmağa vadar edirdi. İndi isə bir sıra amillər amerikalıları və avropalıları region haqqında düşüncələrini dəyişməyə, hətta yenidən düşünməyə vadar edir.

 

“Orta dəhliz”in inkişafı potensialı, Avropa üçün neft və qaz üçün yeni mənbələr və marşrutlar bu düşüncəni dəyişdirən əsas amillərdəndir. Cənub Qaz Dəhlizinin potensialı, qlobal nəqliyyat və logistika məsələləri də Qərbin Cənubi Qafqaz və Mərkəzi Asiyaya baxış bucağını təzələyib.

 

Regionda bütün oyunları əsas dəyişdirən isə  şübhəsiz Azərbaycanın 2020-ci il Dağlıq Qarabağ müharibəsindəki uğuru oldu. Bu müharibə bəlkə də müasir dövrün ən təsirli müharibələrindən biri idi. İnanılması çətin olsa da, bir çoxları hələ də bu müharibədən xəbərsizidir”.

 

Turan Rzayev

Sfera.az


OXŞAR XƏBƏRLƏR