Prezidentin Basqaldan İrəvana atdığı “bomba” – Status olmayacaq, Zəngəzur gündəliyimizdədir və...

Prezidentin Basqaldan İrəvana atdığı “bomba” – Status olmayacaq, Zəngəzur gündəliyimizdədir və...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionlara növbəti səfəri çərçivəsində avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Ölkə başçısı müsahibə zamanı postmünaqişə reallıqları fonunda baş verən son hadislərə toxunub. Prezidentin çıxışında toxunduğu bir çox məqamlar diqqət çəkib.

İstənilən zaman əməliyyat apara bilərik

 

Prezident müsahibə zamanı bir müddət öncə Azərbaycan silahlı qüvvələrinin keçirdiyi “Qisas” antiterror əməliyyatından danışıb.

 

Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır: “Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz”.

 

Ölkə başçısı bununla faktiki olaraq “Qisas” antiterror əməliyyatının bənzərinin bundan sonra da ola biləcəyi mesajını verir. Aydın məsələdir ki, əməliyyat uzun çəkmədi və daha çox qarşı tərəfi çəkindirmək və regionda maraqlı qüvvələrin nəbzini yoxlamaq mahiyyəti daşıyırdı. Əməliyyat sonrası baş verənlərə baxdıqda “Qisas” əməliyyatının öz misyasını uğurla başa vurduğunu düşünmək olar.

 

Bu əməliyyatlar həm də Ermənistanın bərpa edilməyə çalışılan “cəngavər” obrazını yenidən dağıtdı. Bakı psixoloji üstünlüyün mənimənilməsinə icazə vermədi.

 

Prezident bir daha qeyd etdi ki, biz öz torpağımızda istənilən zaman istənilən əməliyyat apara bilərik. Ölkə başçısı bununla bir daha antiterror əməliyyatlarının miqyasının genişlənə və hər an yenidən başlaya biləcəyi mesajını da vermiş oldu.

 

Qarabağda ermənilərin heç bir statusu olmayacaq!

 

Prezident müsahibə zamanı vacib məqamlardan biri olan Qarabağda yaşayan ermənilərin statusu məsələsinə toxunub. Prezident bir daha bəyan edib ki, Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə də müstəqilliyi. Ümumiyyətlə, ermənilərin hansısa xüsusi imtiyazı olmayacaq. Yəni Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə.

 

Bir çox hallarda bu məsələyə lazımınca diqqət verilməsə də ermənilərə xüsusi imtiyaz status vermək olduqca riskli bir addımdır.

 

Ölkə başçısının bu məsələdə israrlı olması əslində uzaqgörən siyasətin təcəssümüdür. Bu gün rəsmi Bakıdan ermənilərə xüsusi imtiyazın verilməsi tələb edənlər gələcəkdə ölkə daxilində yeni etnik qarşıdurmaların zəminini hazırlayır. Buna görə də Azərbaycanın unitar bütünlüyünü pozacaq belə bir addım heç bir halda qəbul edilə bilməz.

 

Prezidentin “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi” deməsini isə bu mövzuda yekun qərar kimi qiymətləndirmək olar. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, ermənilərin də hüquqları elə qorunacaq. Əlbəttə, bununla razı olmaq istəməyən ermənilər Ermənistana köçə bilər.

 

İrəvana vaxt qoyuldu, Zəngəzur dəhlizi...

 

Prezidentin müsahibəsində diqqətçəkən bir digər məqam da onun Zəngəzur dəhlizi ilə bağlı dedikləri oldu.

 

“Biz Ermənistanla sülh danışıqlarına başlamalıyıq. Hələ ki müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə biz onlardan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik” Prezident deyib.

 

Zəngəzur dəhlizi Prezidentin üzərində dayandığı və israrla tələb etdiyi prinsipial məsələlərdəndir. Əslində bunu anlamaq elə də çətin deyil. Çünki Zəngəzur dəhlizi 27 illik danışıqlar prosesinin gündəliyində olmayan və məhz cənab Prezidentin şəxsi təşəbbüsü ilə 10 noyabr bəyanatının mətninə daxil edilmiş şərtdir. Zəngəzur dəhlizi həm regional, həm də qlobal kontekstdə diqqət çəkir.

 

Prezident açıq şəkildə qeyd edir ki, ermənilər delimitasiya komissiyası yaradılmasına razı deyildilər, ancaq nəticədə razılaşdılar. Bu gün Zəngəzur dəhlizinə etiraz edən ermənilər gec-tez buna da razı olacaq. Bunun necə olacağını isə Prezidentin paylaşdığı fotodan anlamaq olar. Belə ki, Prezident əslində Azərbaycan xəritəsində əks olunan bir suveneri paylaşdı və bu suvenerdə Qərbi Zəngəzur Azərbaycan ərazisi olaraq göstərilmişdi. Verilən mesaj əslində çox aydındır - Ya Zəngəzur dəhlizi açılacaq, ya da Qərbi Zəngəzura iddia qaldıracağıq. Yeri gəlmişkən, Prezident müsahibə zamanı maraqlı bir ifadə də işlətdi: “Əl çəkin, ərazi iddialarından. Əl çəkməsəniz, o zaman biz də Ermənistana qarşı ərazi iddiası qaldıra bilərik”.

 

Nəticə etiabrilə, Prezidentin son müsahibəsindən belə bir qənatə gəlmək olar ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsinin gecikməsi halında Azərbaycan tarixi Qərbi Zəngəzur torpaqlarına dair təbliğatı artıracaq. Bu istiqamətdə ən azından Ermənistanda azərbaycanlı icmasının yaradılması mümkündür.

 

Bundan başqa, Zəngəzur dəhlizi kontekstində Azərbaycan Ermənistana doğru gedən yolların təhlükəsizlik və nəzarət imkanlarını öz əlinə almaq üçün tədbirlərini genişləndirəcək. Hətta bu istiqamətdə rəsmi İrəvanı çəkindirmək üçün hərbi addımların atılması da mümkündür. 

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.  ...

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...