Çin SSRİ-nin taleyini yaşamaq istəmir - KADRLAR DƏYİŞDİRİLİR

Çin SSRİ-nin taleyini yaşamaq istəmir - KADRLAR DƏYİŞDİRİLİR

“Çin lideri və Kommunist Partiyasının baş katibi Tsi Sinpin partiyada islahatları davam etdirir. Çin Kommunist Partiyası payızda qurultaya hazırlaşır. Ona görə də Tsi Sinpin qurultaya qədər kadrları dəyişdirməklə məşğuldur”.

 

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, Çində yeni qanuna görə, partiyada yüksək vəzifə tutanlarların və məmurların biznesləri varsa, bu barədə hakimiyyət strukturlarına məlumat verməlidirlər, əks halda onları cəza gözləyir:

 

“Tsi Sinpin partiya yoldaşları ilə görüşlərdə hər zaman SSRİ Kommunist Partiyasının acı taleyini misal göstərir. Başqa sözlə, Tsi Sinpin tərəfdarlarını anlatmaq istəyir ki, korrupsiya və xalqdan uzaqlaşma partiyanı fəlakətə apara bilər.

 

Tsi Sinpin hakimiyyətə gəldiyi 2012-ci ildən başlayaraq partiya sıralarında və məmurlar arasında korrupsiya ilə mübarizəni gücləndirib. Tsi Sinpin yalnız təmiz kadrların partiyada irəli çəkilməsini təmin etməyə çalışır. Buna baxmayaraq, korrupsiya hələ də Çində əsas bəlalardan olaraq qalır. Çində 2019-cu ildə 10 min nəfərdən çox, 2020-ci ildə 16 min, 2021-ci ildə isə 38 min məmur və partiya funksioneri qanun pozunsutuna yol verdiyini etiraf edib”. 

 

Ekspertin sözlərinə görə, Tsi Sinpin korrupsiya ilə yanaşı, Kommunist Partiyasında yerlibazlıqla və maraq qruplarıyla da mübarizə aparmaq məcburiyyətindədir:

 

“Tsi Sinpin 2014-2017-ci illər arasında partiyada regional qrupları dağıtmağa çalışdı. Bu qruplar arasında ABŞ və Avropa tərəfdarları da var idi. Yəni həmin qruplar Çinin ABŞ və Avropa ölkələri ilə sıx əməkdaşlığının tərəfdarı idilər. Çin Kommunist Partiyasında ABŞ və Avropa tərəfdarları olubsa, Rusiya lobbiçilər də var. Ancaq Tsi Sinpinin ruspərəstlərə qarşı mübarizə aparması barədə məlumatlar yoxdur. Bu isə gələcəkdə Çin Kommunist Partiyasına daha böyük problemlər yarada bilər. Rusiyaya yaxınlıq heç bir dövlətə və qrupa fayda gətirmir”.

 

Turan Rzayev

Sfera.az


OXŞAR XƏBƏRLƏR

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...