Uşaqların 95%-i peyvəndlərlə əhatə olunacaq
Sağlıq
14:05 / 22.07.2022
20057
Azərbaycanda 2026-cı ilə qədər peyvənlə əhatə olunan uşaqların say nisbəti 95 faizə çatdırılacaq. Hazırda bu nisbət 87 faizdir.
Sfera.az “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədinə istinadən xəbər verir ki, peyvəndləmənin genişlənməsi üçün kadr potensialı gücləndiriləcək, infrastruktur müasirləşdiriləcək və tibbi təchizat yaxşılaşdırılacaq.
Peyvənləmənin genişlənməsinin uşaqlar arasında yoluxucu xəstəliklərin azalmasına imkan yaradacağı gözlənilir.
Vasif
Sfera.az