"Qarabağ"ı tənqid edənlər, üç klubumuzun məğlubiyyətinə susur... – ŞƏRH

“Dünən 3 oyunda 9 qol buraxan 3 Azərbaycan klubları  “Neftçi”, “Zirə” və  “Qəbələ”yə bu mövsüm üçün ümumilikdə 20 milyondan çox pul ayrılıb”.

 

Sfera.az xəbər verir ki, bu sözləri idman jurnalisti Aydın Bağırov dünən UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində komandalarımız "Nefçi", "Qəbələ" və "Zirə"nin rəqibləri qarşısında məğlub olmasını şərh edərkən deyib.

 

Onun sözlərinə görə, ayrılan 20 milyon vəsaitin böyük hissəsi təxminən 14-15 milyon manatı “Neftçi”nin payına düşür:

 

“Bu 20 milyonun qarşılığında başda “Neftçi” olmaqla 3 klubumuz avrokubokda cəmi 1 qol vurub və təbii ki, 3-ü də uduzub. İndi adını nə qoyaq bu klubların? Mən onsuz da bilirəm”.

 

A. Bağırov Qarabağa ünvanlanan tənqidlər barəsində də danışıb:

 

“Yazıq “Qarabağ” 2 oyuna 8 qol vur, İsveçrə kimi TOP-15-də olan ölkənin çempionuna ilk oyunda qalib gəl, onu da mühakimə eləsinlər ki, niyə 1 qol fərqlə udmusan. Halbuki “Sürix” “Lex”dən güclü idi, “Qarabağ” isə daha hazırlıqlı. Komanda oyun baxımından da “Lex”lə oyunlardan üstün idi.

 

ÇL-də 3 oyuna 8 qol bir Azərbaycan klubu üçün əla göstəricidir. Həm də komandanın cəsarətli, əsl hücum futbolu oynamasının təsdiqi.

 

Əsas heyət sadəcə mükəmməl idi. Medina, Kadi, Vadji, Ozobiç, Şahruddin, Elvin, “qoca” Almeyda.

 

Bu komanda Sürixdə bugünkündən də hazır vəziyyətdə olacaq və ən pis halda heç-heçə edib mərhələ adlayacaq”.

 

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Macarıstanın "Fehervar" klubu ilə qarşılaşan "Qəbələ" 4-1, Kiprin "Aris" klubu ilə qarşılaşan "Neftçi" 2-0, İsrailin “Makkabi” klubu ilə qarşılaşan “Zirə” isə 3-0 hesabı ilə məğlub olub.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Trabzonda daşqın, bir nəfər itkin düşdü- VİDEO

Türkiyənin Trabzon şəhərində dünəndən yağan güclü yağışlar daşqına səbəb olub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağış əs...

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...