Azərbaycana turistlər əsasən bu ölkələrdən gəlir - Say 2,3 dəfə artıb

Azərbaycana turistlər əsasən bu ölkələrdən gəlir - Say 2,3 dəfə artıb

“Bu ilin ilk yarısında Azərbaycana gələn turistlərin sayı 2,3 dəfə artaraq 638,6 minə çatıb. Azərbaycana səfər edənlərin içərsində qonşu ölkələrdən gələnlər yenə də üstünlük təşkil edirlər. Belə ki, gələnlərin 25,0 faizi Rusiya, 23,8 faizi Türkiyə, 13,0 faizi İran, 5,2 faizi Gürcüstan vətəndaşlarıdır”.

 

Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib.

 

Onun sözlərinə görə, ötən ilin uyğun dövrü ilə müqayisədə tursitlərin sayında ən böyük artımlar Yaxın Şərq dövlətlərinin payına düşüb:

 

“Bu müddətdə əvvəlki ilin eyni dövrü ilə nisbətdə Omandan gələnlərin sayında 751,9 dəfə, Səudiyyə Ərəbistanından - 252,7 dəfə, Küveytdən - 147,3 dəfə, Bəhreyndən - 57,4 dəfə, Pakistandan - 51,0 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 41,7 dəfə artım qeydə alınıb. Belə yüksək artım göstəricisi digər bölgələrdən yalnız Hindistan tursitlərində müşahidə olunub. Azərbaycana bu ilin ilk yarısında gələn hindistanlı turistlərin sayında 32.1 dəfə artım qeydə alınıb.

 

2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,2 dəfə artaraq 147,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 33,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 205,8 min nəfər olub”.

 

V. Bayramov qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizə gələnlərin 56,6 faizi hava, 41,7 faizi dəmir yolu və avtomobil, 1,7 faizi isə dəniz nəqliyyatından istifadə edib:         

                                                        

“Qeyd edək ki, 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu ilin ilk aylarından etibarən ölkəmizə gələnlərin sayında artımın olmasına baxmayaraq hələ də rəqəmlər pandemiyadan əvvəlki səviyyədən aşağıdır. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor, həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan ölkəyə gələn turistlərin sayının artması eyni zamanda məşğulluğun təmini və yerli sahibkarlığın inkişafı baxımdan da vacibdir”.

 

Turan Rzayev

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...

Nazir: "Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır"

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstan müda...