Paşinyan ÇƏTİN DURUMDA: Ermənistan bu məsələdə ya tələsməli, ya da...

Paşinyan ÇƏTİN DURUMDA: Ermənistan bu məsələdə ya tələsməli, ya da...

“Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Ermənistanla münasibət barədə danışıb. O, bildirib ki, hələ ki, Ermənistandan konkret addımlar atılmayıb: "Artıq Ermənistan rəhbərliyinin sülh üçün müsbət addımlar atması lazımdır. Sadəcə çıxışlar bəs etmir". Bu, həm İrəvəna, həm də bəzi hallarda "suları bulandırmaq" istəyən qüvvələrə, o cümlədən Moskvaya mesajdır”.

 

Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.

 

Onun sözlərinə görə, regional proseslərin inkişafı baxımından Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışması Türkiyəyə sərf edir:

 

“Ona görə də Ankara İrəvanı tələsdirir. Əslində Ermənistan özü də regional əməkdaşlıqda, münasibətlərin normallaşmasında maraqlıdır. Sadəcə Rusiya qorxusu baş nazir Nikol Paşinyana inamlı addımlar atmağa mane olur. Nəticədə proses ləngiyir. Bu mənada Çavuşoğlu əslində həm də daha sürətli addımlar atmaq üçün Ermənistanı təhrik edir.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Tehranda keçirdiyi görüşdə, çox güman, İrəvanla Ankara arasında münasibətlərin normallaşması barədə də fikir mübadiləsi aparıb. Rusiya sözdə əlaqələrin bərpasını dəstəklədiyini deyə bilər. Lakin Kremlin bu məsələdə səmimi olduğu ağlabatan deyil. Bunu Ankara da anlayır. Türkiyədə yaxşı başa düşürlər ki, müharibə başa çatandan sonra Rusiyanın Ermənistana təsir imkanları artacaq və əlaqələrin normallaşması istiqamətində yeni əngəllər yaranacaq”.

 

 Ekspert qeyd edib ki, Türkiyə XİN başçısının açıqlaması əslində həm də "radar" xarakteri daşıyır:

 

“Bu, Ermənistana bir növ xəbərdarlıqdır. İrəvan başa düşməlidir ki, əgər indi, ən qısa zamanda Ankara ilə münasibətləri bərpa etməsə, sonra onun üçün çox çətin olacaq.

 

İndi "top" Ermənistandadır. Ya fürsəti dəyərləndirərək, Türkiyə ilə münasibətlərin normallaşmasına tələsməli, ya da Rusiya qorxusu ilə gözləməlidir. Bu isə Ermənistanın gələcəyi üçün yaxşı nəsə vəd etmir.

 

 Münasibətlərin normallaşması prosesi sürətlənməsə, Türkiyə nəsə itirməyəcək. Ermənistan isə regiondakı gələcəyini təhlükə altına atacaq”.

 

Turan Rzayev

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...

Nazir: "Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır"

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstan müda...

Türkiyəli müğənnini Bakıya ad gününə çağırdılar - FANTASTİK MƏBLƏĞ

Tanınmış türk müğənni Petek Dinçöz Bakıda ad günündə iştirak edib.   Sfera.az xəbər verir ki, bununla bağlı aparıcı Elgiz Əkbər məlumat verib. &nb...