İsrailin müdafiə naziri: İranla müharibə son həll yolu olmalıdır

İsrailin müdafiə naziri: İranla müharibə son həll yolu olmalıdır

İsrailin müdafiə naziri Beni Qantz hərbi gücdən istifadənin son çıxış yolu olduğuna ümid edib və ölkəsinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün yetərli gücə sahib olduğunu bildirib.

 

Sfera.az xəbər verir ki, Amerikanın “Atlantik” jurnalının redaktoru Cefri Qoldberqə müsahibə verən Qantz İranın nüvə silahı yaratmaq qabiliyyətini İsrailin varlığına təhlükə kimi dəyərləndirib.

 

O, belə bir hadisənin qarşısını almaq üçün lazım gələrsə, hərbi əməliyyatlar apara biləcəklərini, belə bir gücə malik olduqlarını və bundan son çıxış yolu kimi istifadə edəcəklərini vurğulayıb. Beni Qantz bu məsələdə Amerikanın dəstəyini alacaqlarına ümid etdiyini bəyan edib.

 

Xatırladaq ki, İsrailin müdafiə naziri iyunun ortalarında ölkəsinin Amerikanın dəstəyi ilə regional hava koalisiyası yaratmaqda olduğunu bildirmişdi.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Trabzonda daşqın, bir nəfər itkin düşdü- VİDEO

Türkiyənin Trabzon şəhərində dünəndən yağan güclü yağışlar daşqına səbəb olub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağış əs...

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...