Vaqif  Əsədov media nümayəndələrini təbrik etdi

Vaqif  Əsədov media nümayəndələrini təbrik etdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin keçmiş idarə rəisi, polis polkovniki Vaqif Əsədov 22 iyul Azərbaycan Milli Mətbuatının yaranmasının 147-ci ili münaisbəti ilə təbrik ünvanlayıb.

 

Sfera.az təbriki təqdim edir:

 

“Mənim üçün unudulmayan, əziz və çox hörmətli mətbuat nümayəndələri, xanımlar və cənablar!

 

22 iyul Milli Mətbuatımızın 147 illiyi təntənə ilə keçirilir. Cəmiyyətimizin aynası, ictimai fikrin inikası, xalqımızın aydınları olan və bütün sahələr üzrə vətəndaşlarımızı maarifləndirən jurnalistlər, mətbuat əhli öz peşə bayramını qeyd edir. Bu münasibətlə hər birinizi səmimi qəlbdən təbrik edir  Sizə uzun ömür, möhkəm can sağlıgı, ailə səadəti, sevincli günlər, peşə fəaliyyətinizdə daim uğurlar qazanmağı arzu edirəm. Qələminiz hər zaman kəsərli, sözünüz mənalı, fikriniz məzmunlu olsun.

 

Əlavə olaraq bildirim ki, uzun illərdir əl-ələ verib yol hərəkətinin təhlükəsizliyinin təbliği sahəsində sizinlə birgə çalışmışıq.

 

Dəyərli həmkarlarım olaraq Yol Polisinin fəaliyyətini hər zaman yüksək qiymətləndirmiş, aparılan təbliğat və təşviqat işlərini peşəkarlıq və qələminizin gücü ilə ictimaiyyətə çatdırmısınız. Hər zaman Dövlət Yol Polisinin xidmətinə olan diqqətinizi, qayğınızı və şəxsən mənimlə səmimi əməkdaşlığımıza verdiyiniz önəmi yüksək qiymətləndirir, hər birinizə dərin təşəkkür edirəm.

 

Ümid edirəm ki, gələcəkdə də vətənimizin xalqımızın, millətimizin xoşbəxt gələcəyi naminə birgə daha çox işlər görəcəyik.

 

 

Bu gün, təqaüddə olmağıma baxmayaraq, keçmiş həmkarınız kimi hər zaman sizə dəstək olmağımı fəxrlə qeyd edirəm.

 

Dərin hörmət və ehtiramla, Vaqif  Əsədov”.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...

Nazir: "Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır"

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstan müda...

Türkiyəli müğənnini Bakıya ad gününə çağırdılar - FANTASTİK MƏBLƏĞ

Tanınmış türk müğənni Petek Dinçöz Bakıda ad günündə iştirak edib.   Sfera.az xəbər verir ki, bununla bağlı aparıcı Elgiz Əkbər məlumat verib. &nb...