Ələt-Astara yolunda qəza: 20 yaralı var, çoxu fəhlədir - FOTOLAR

Ələt-Astara yolunda qəza: 20 yaralı var, çoxu fəhlədir - FOTOLAR

Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

 

Sfera.az report-a istinadən xəbər verir ki, qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, "Mercedes" və "Hyundai" markalı minik avtomobilləri toqquşub.

 

Zərbənin təsirindən "Hundai" markalı avtomobil yolun kənarına aşıb.

 

20 yaralının olduğu bildirilir. Onlar Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.

 

Yaralılara ilkin tibbi yardım göstərilir. 

 

Hazırda onların şəxsiyyəti müəyyən olunur. Məlumata görə, yaralıların çoxu mikroavtobusda olan fəhlələrdir. Onların çiyələk sahəsindən getdikləri zaman qəzanın baş verdiyi bildirilir. 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 


OXŞAR XƏBƏRLƏR