\"Zaqulba\"-da batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi

23:33 / 19.06.2022
19270
Bu gün qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Zaqulba” sularda xilasetmə məntəqəsinin ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.