Müsabiqədə uğur qazanan müəllimlərin SAYI

Təhsil
17:45 / 03.06.2022
176
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sayı açıqlanıb.
Bu barədə Sfera.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.
Bildirilib ki, ümumilikdə 950 nəfər müsabiqəni uğurla tamamlayıb.
Onlardan 372-si həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələrdə 3-5 il, 335-i həmin müəssisələrdə 5 il və daha artıq müddətə çalışanlar, 21-i şəhid ailəsi üzvü olanlar, 55-i hərbçi ailəsi üzvü olan, 495-i isə həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələrə yerdəyişmə edən namizədlərdir.