“Avroviziya” Rusiyaya sabah “sürpriz” edəcək

“Avroviziya” Rusiyaya sabah “sürpriz” edəcək
Sabah finalı baş tutacaq "Avroviziya-2022” yarışmasında Ukraynanın "Kaluş Orkestr” (Kalush Orchestra”) qrupunun qalib gələcəyi gözlənilir.

Sfera.az xəbər verir ki, bu fikri ukraynalı artist Andrey Danilko deyib.

O bildirib ki, komanda üçün 2 variant ola bilər:

"Birincisi qələbədir. Artıq hər kəsə bəllidir ki, "Avroviziya” yarışması siyasidir. Buna görə də hamının Ukraynaya səs verəcəyini düşünürəm.

İkincisi, mümkündür ki, "Avroviziya”nın məhz mahnı müsabiqəsi olduğunu nümayiş etdirmək üçün başqa ölkəyə səs versinlər. Ancaq bütün göstəricilərə görə qalib Ukraynadır".

Onun sözlərinə görə, əgər Ukrayna qrupu qalib gələrsə, Avropa və ya dünya turuna çıxa, Ukrayna üçün yaxşı yardım toplaya bilər.
Qeyd edək ki, "Avroviziya-2022” yarışmasının finalı sabah Turində baş tutacaq.
 

OXŞAR XƏBƏRLƏR