Makronun ilginc bəyanatı, Zelenskinin israrlı mövqeyi – Kimin arzusunun reallaşacağına bu ölkə qərar verəcək...

Makronun ilginc bəyanatı, Zelenskinin israrlı mövqeyi – Kimin arzusunun reallaşacağına bu ölkə qərar verəcək...
Fransanın Prezidenti Emmanuel Makron Ukraynanın Avropa İttifaqına daxil olması prosesinin müddətinə aydınlıq gətirib. Bildirib ki, bu proses 10 illiklər çəkə bilər. 

Ukrayna Prezidenti Zelenski isə öz növbəsində sözügedən quruma üzv olmaqda ciddi şəkildə maraqlı və israrlıdır.

Maraqlıdır, Makronun belə bir açıqlama verməsi nə ilə əlaqədardır? Fransa Ukraynanın təşkilata üzv olmamasında israrlıdır, ya bu açıqlama Rusiyanın mövqeyinə təsir etməklə  əlaqədardır?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Zaur Məmmədov Ukraynanın NATO-ya daxil olmasının ABŞ-dan asılı olduğunu deyib:

"Ukraynanın Avropa İttifaqına daxil olub-olmaması ilə bağlı prinsipial qərarı ABŞ verəcək. İstər NATO, istərsə Avropa İttifaqı olsun, oradakı proseslərə birbaşa olaraq okeanın o tayındakı qruplar müdaxilə edirlər. Makronun dediyini biz iki istiqamətdə müzakirə edə bilərik. Birincisi, ola bilər ki, Fransa liderinin dili ilə Zelenskiyə çatdırılır ki, Ukraynanın Avropa İttifaqına daxil olması hələlik mümkün deyil. Digər tərəfdən isə Makron uzun müddət idi ki, Merkellə birgə Avropa İttifaqına üzv dövlətlərin sayının yaxın illərdə artırılmasının tərəfdarı deyildilər. İttifaq ciddi şəkildə iqtisadi maliyyə böhranı keçirdi. Bir müddət genişlənmə siyasəti aparan Avropa İttifaqı nəticə etibarilə Mərkəzi, Qərbi Avropa ölkələri kimi eyni gücə malik olmayan dövlətləri qəbul etdilər. Nəticədə iqtisadi böhranlar yarandı”. 

Politoloq Ukraynaya qarşı güzəşt edilə biləcəyini deyib:

"Ukrayna məsələsinə gəldikdə isə Zelenski başa düşür ki, Avropa İttifaqına və NATO-ya təcili şəkildə daxil olmaq mövcud prosedurlara görə mümkün deyil. Digər tərəfdən, onlar Ukraynaya güzəştə gedə bilərlər. Belə ki, Ukraynaya Rusiya ilə apardığı müharibə, ərazi bütövlüyünün pozulması, Avropa İttifaqındakı təhlükəsizlikdə rolu kimi nüanslara görə güzəşt etmək olar. Kiyevə güzəşt edilməsə, bu, Qərbin xislətinin əsl nümunəsi olacaq. Faktiki olaraq bu gün Ukrayna xalqı ilə rus xalqı arasında deyil, Rusiya ilə Qərb arasında ciddi şəkildə müharibə gedir. Bu, Qərbin təhlükəsizliyi üçün vacib faktordur. Ukrayna asan şəkildə məğlub olsaydı, rus qoşunu artıq Polşa sərhədində idi. Hər bir halda Makronun çıxışı yeni bir məna kəsb etmir”. 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...