Azərbaycanda hansı rayonda problemli kredit yoxdur?

Azərbaycanda hansı rayonda problemli kredit yoxdur?
Azərbaycanda kredit borcu olan rayon və şəhərlər üzrə yalnız bir rayonda problemli (vaxtında qaytarılmayan-red.) kredit yoxdur.
 
Sfera.az Mərkəzi Bankın 2022-ci ilin aprelin 1-nə aid olan məlumatına əsasən bildirir ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda verilən kreditlər vaxtnda qaytarılır. Bu rayonda ümumilikdə 3,5 milyon manat dəyərində kredit borcu var və bütün kreditlər üzrə ödəniş vaxtında həyata keçirilir.

Digər rayon və şəhərlərdə isə az miqdarda da olsa vaxtında geri qaytarılmayan kreditlər var.

Vaxtı keçmiş kreditlərin payının böyüklüyünə görə ən pis vəziyyət Kəngərli rayonu (5,8 faiz), Bakı şəhəri (5,7 faiz) və Samux rayonundadır (5,2 faiz). Bu şəhər və rayonlarda problemli kreditlərin payı ölkə üzrə orta göstəricidən (4,82 faiz) yüksəkdir.

Digər böyük şəhərlərdən Sumqayıtda kreditlərin 4,16 faizi, Gəncədə 3,23 faizi vaxtında qaytarılmır.

Kredit qoyuluşunda problemli kreditlərin payı az olan digər rayon və şəhərlər isə bunlardır: Qax rayonu (0,47 faiz), Lerik rayonu (0,74 faiz), Yardımlı rayonu (0,79 faiz), Zərdab rayonu (0,81 faiz), Cəlilabad rayonu (0,91 faiz). 

Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR