Oğlunu öldürən ata sərbəst buraxıldı – Həkimlər xilas edə biməyib…

Oğlunu öldürən ata sərbəst buraxıldı – Həkimlər xilas edə biməyib…
Türkiyədə Samsun şəhərində tapançasını təmizləyərkən təsadüfən açılan atəş nəticəsində 1 yaş yarımlıq oğlunu öldürən ata azadlığa buraxılıb.
 
Sfera.az xəbər verir ki, uşağın valideyni jandarmdakı ifadəsindən sonra sərbəst buraxılıb. 

Məlumata görə, Uğur K. evdə tapançasını təmizləyərkən azyaşlı Ömər Asəf K.-yə tapança təsadüfən atəş açıb. Ağır yaralanan uşaq Samsun Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Xəstəxanada ürəyi dayanan Ömər Asəf K.-ya həkimlər tərəfindən bir saatdan çox müdaxilə edilsə də, uşaq dünyasını dəyişib. Uşağının ardından xəstəxanaya gələn ata Uğur K. ifadəsinin alınması üçün nəzarətə götürülüb.

Jandarmada ifadəsi alınan ata prokurorun göstərişi ilə sərbəst buraxılıb.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR