\"Ginekoloqların da maaşı artmalıdır\" - Etiraz

\
"Bəzi ixtisaslar üzrə həkimlərin aylıq əmək haqqlarının artırılması təqdirəlayiqdir. Lakin bu hələ ki, təklif layihəsidir”.
 
Sfera.az bildirir ki, bunu tanınmış həkim-radioloq Aydın Əliyev deyib. O, pandemiya dövründə tibb işçilərinə aylıq əmək haqlarına əlavələr ediləcəyi istiqamətində söz verildiyini, bunun təsdiqini tapmadığını bildirib:

"Bu baxımdan hələ ki, bu artım məvaciblərin bir neçə ay davamlı təsdiqini görməsək, inanmayacağıq. Tibb işçiləri təkcə həkimlərdən ibarət deyil. Çoxlu sayda tibb bacıları və eləcə də digər tibb işçiləri-köməkçi, texniki tibbi heyət var. Bu artımlar onların əmək haqqında öz inikasın necə tapacaq bəlli deyil. Tibbi xidmət komanda işidir, tək həkimdən asılı deyil. Təkliflər paketinin 2-ci bəndində bəzi ixtisas həkimlərinin aylıq əmək haqqlarının 20-90 % civarında artacağı bildirilir. Bu səhiyyə idarəçilərinin özlərinə bonus qazanması təklifidir. Yəni, bəzi geyim mağazalarında mövsümlə əlaqədar olaraq "70%-ə qədər endirim” yazsalar da, maraqlananda "70%-ə qədər yazılıb, amma soruşduğunuz məhsul cəmi 10% endirimə daxildir”, - deyə bildirirlər. Bu da onun kimi”.
Mütəxəssisin sözlərinə görə, deyilənlər həqiqət olsa, irəliyə doğru bir addım sayılacaq: "Olmasa, demək ki, növbəti yalançı PR-dır - tibb işçilərinin başını aldatmaq üçün”.

Digər tanınmış pediatr Vaqif Qarayev isə deyib ki, ixtisası siyahıda olmayanların narazılığını başa düşmək lazımdır:

"Xüsusən, cərrahlar və ginekoloqlar haqlıdır. Ona görə ki, bu ixtisas sahiblərinə cəmiyyətdə birmənalı münasibət yoxdur! Mən bura təcili yardım həkimlərini də əlavə edərdim. Çox ağır şəraitdə işləyirlər. Ümumiyyətlə, həkimə yüksək maaş verilməlidir ki, dolanmaq barəsində yox, sırf peşəsi barədə düşünsün”.
Qeyd edək ki, ötən gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev qurumun fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur”, - deyə bildirmişdi.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...