Avropa çempionatı başlayır: Altı cüdoçumuz mübarizəyə start verir

Avropa çempionatı başlayır: Altı cüdoçumuz mübarizəyə start verir
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa çempionatına start veriləcək.

Sfera.az xəbər verir ki, Azərbaycanın altı cüdoçusu bu gün mübarizəyə başlayacaq. Bunlardan dördü kişi, ikisi qadındır.

Kişilər

-60 kq

Balabəy Ağayev – Savva Karakizidi (Yunanıstan)
Əhməd Yusifov – Xaume Bernabeu (İspaniya)

-66 kq

İbrahim Əliyev – Tal Fliker (İsrail)
Yaşar Nəcəfov – Radu İzvoryanu (Moldova)

Qadınlar

-48 kq

Şəfəq Həmidov – Xulia Fiqueroa (İspaniya)

Ramilə Əliyeva (Azərbaycan) – Katarina Kosta (Portuqaliya)

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 11 cüdoçu ilə təmsil olunacaq. Daha beş cüdoçumuz sonrakı iki gündə mübarizəyə qoşulacaq. Mayın 1-də başa çatacaq yarışda 40 ölkədən 361 idmançı (207 kişi, 154 qadın) iştirak edir.
 

OXŞAR XƏBƏRLƏR