"Saçlarım artıq yoxdur" - Partlayışda yaralanan model

"Location" klubda baş verən partlayışda xəsarət alan model Təranə Rzayeva (Merlin) səhhətindən danışıb.

Sfera.az xəbər verir ki, hazırda xəstəxanada olan model vəziyyətinin yaxşılığa doğru getdiyini vurğulayıb.  

"Narahat olan, dua edənlərə təşəkkür edirəm. İçində mərhəmət hissi olan, pis günə sevinməyənlərə çox sağ ol deyirəm. Bütün yazılanları oxuyuram. Cavablandırmağa halım olmur. Ayselə də Allah şəfa versin. Məni oradan çıxardan, xəstəxanaya aparan o insana təşəkkür edirəm. Mənə görə əziyyətə qatlandı. Sevinirəm ona görə ki, üzüm yanmayıb. Amma ona görə də üzülürəm ki, saçlarım yoxdur, gedib, hamısı yanıb".

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, Tərlan Əliyarbəyov küçəsində yerləşən "Location” klubdakı partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib. (axsam.az)
 


OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...

Renka oğlu ilə bağlı suala əsəbiləşdi - efirdən GETDİ - VİDEO

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.   Sfera.az xəbər verir ki, o, verilişdə əsəbiləşib özündən çıxıb.   ...

Karqo partlayışlarının arxasında bu ölkə durur - Gizli "agent"lərdən istifadə olunub

Avropada son aylarda bir neçə şəhərdə göndərilən karqo bağlamalarında partlayıcıların olması aşkarlanıb. Aparılan ilkin araşdırma bu partlayıcıların Rusiyanın G...

Bakıda odlu silahlarla tutulan həkim azadlığa buraxıldı

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq ürək cərrahiyyə şöbəsinin rəhbəri olmuş Elnur Həsənov odlu silah və soyuq silah saxlamaq ittihamı ilə həbs edil...