\"Müharibəyə yox!\" deyən Marinadan ETİRAFLAR: “Çox qorxulu idi...\" - VİDEO

\
Rusiyanın "Birinci kanal”ında yayımlanan "Vremya” verilişinin canlı efirinə "Müharibəyə yox” sözləri yazılmış plakatla çıxan redaktor Marina Ovsyannikova BBC telekanalına müsahibə verib.

Sfera.az xəbər verir ki, o, aksiyada iki məqsədi olduğunu deyib.
 
"Özümü qəhrəman hesab etmirəm. Ümid edirəm, mənim qurban getməyim boş yerə deyildi və insanların gözləri açılacaq. Mən səhərdən axşamadək Solovyovu izləyən və bu dövlət təbliğatı ilə zombiləşdirilən anama baxıram. Belə zombiləşmiş olmayın, təbliğata qulaq asmayın. İnformasiyanı analiz etməyi və Rusiya dövlət televiziyasından başqa alternativ mənbələr tapmağı öyrənin".
 
"Mənim üçün həqiqət müharibəni dayandırmaqdan ibarətdir. Əsas məqsədim bütün dünyaya rusiyalıların müharibəyə qarşı olduğunu göstərmək və rusiyalıları dövlət təbliğatına korkoranə inanmamağa çağırmaq idi", - deyə redaktor qeyd edib.

Marina çox qorxduğunu, təhlükəsizliyi üçün də narahat olduğunu deyib:

"Çox qorxulu idi. Sonadək bunu edə biləcəyimə əmin deyildim. Qarşılaşacağım problemlərin miqyasını anlayıram və təhlükəsizliyim üçün çox narahatam".
 
Redaktor vurğulayıb ki, Rusiyanı tərk etmək planı yoxdur.
 


OXŞAR XƏBƏRLƏR