Avarçəkənlərimiz “Rio-2016”nın yarımfinalına yüksəliblər

Kateqoriya məlum deyil06.08.16, 20:472320 👁️
T
"Rio-2016”nın avarçəkmə yarışlarına Azərbaycan idmançıları uğurla başlayıblar.
İki min metr məsafəyə ikinəfərlik qayıqla yarışda Aleksandr Aleksandrov-Boris Yotov ilk yürüşdə Kuba, Yeni Zelandiya, Böyük Britaniya və İtaliyadan olan rəqibləri ilə mübarizə aparıb.
Təmsilçilərimiz 6 dəqiqə 40.52 saniyəlik nəticə ilə yürüşü ikinci sırada başa vuraraq yarımfinala yüksəliblər.
