Logo

Prezidentin kiçik qızı restoranda işə düzəldi - FOTOLAR

Prezidentin kiçik qızı restoranda işə düzəldi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın hazırkı prezidenti Barak Obamanın kiçik qızı yay üçün özünə iş tapıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 15 yaşlı Saşa Massaçusets ştatının Martas-Vinyard adasında balıq restoranlarından birinə xəzinədar kimi işə düzəlib. Jurnalistlər öyrənib ki, qız işə başlamazdan əvvəl təlim keçib.

O, müəssisənin aşağı mərtəbəsində işləyir. Restorana gələn şahidləri bildirib ki, onlar qıza 6 nəfərin kömək etdiyini görəndə təəccüblənib: "Biz qızın kimliyini öyrəndikdən sonra məsələnin nə yerdə olduğunu anladıq. Saşa işləyəndə altı nəfərlik mühafizə xidməti də restoranın girişində oturub növbə çəkir”.

İş yeri təsadüfən seçilməyib. Martas-Vinyard adasında balıq restoranı prezident ailəsinin daimi istirahət yeridir. Xarici KİV-in məlumatına görə, qız dörd saat işləyir, şənbə günləri istirahət götürür.

Prezidentin 18 yaşlı böyük qızı - Maliya İspaniyada  ABŞ səfirliyində təcrübə keçir. Əvvəllər o, "HBO” və "CBS” çəkilişlərində assistent kimi çalışıb.

Fotoları təqdim edirik:

Prezidentin kiçik qızı restoranda işə düzəldi - FOTOLAR
Prezidentin kiçik qızı restoranda işə düzəldi - FOTOLAR
Prezidentin kiçik qızı restoranda işə düzəldi - FOTOLAR
Prezidentin kiçik qızı restoranda işə düzəldi - FOTOLAR
Prezidentin kiçik qızı restoranda işə düzəldi - FOTOLAR
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR