Mərkəzi Bank 10 milyard dolları necə itirib? - Sədrdən açıqlama

Mərkəzi Bank 10 milyard dolları necə itirib? - Sədrdən açıqlama
"2008-ci ildən dünyada qlobal maliyyə böhranı başladı. Ölkədə makroiqtisadi sabitlik pozulmadı. Neftin qiyməti kəskin düşsə də, tez bir zamanda bərpa olundu”.

Sfera.az  xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, 2014-cü ilin iyun ayından başlayaraq böhran, dünyada tələbin azalması və bir sıra amillərin təsiri altında neft qiymətlərinin azalması ilə müşahidə olundu: "2016-ci ilin sonunda neftin 28 dollara enməklə qiymətlər 4 dəfə azaldı. Bu halda ölkədə tədiyyə və ticarət balansında problemlər yaranmağa başladı. 1,4 milyardlıq kəsirlə üzləşdik”.

Rüstəmov bildirib ki, cari balansda böyük itki ilə üzləşiblər: "Büdcəyə neft transferlərin həcmi yüksək idi. Yaranmış makroiqtisadi vəziyyətdə hesablamalar və qeyri-müəyyənliklər neftin qiymətini aşağı düşürdü. Proqnozlaşadırmaq çətin idi. Ölkə strateji valyuta ehtiyatlarını itirməklə üzləşdi. Valyuta transferləri və beynəlxalq ödəmə qabiliyyətinə ciddi təhdidlər yaranırdı. Sonrakı proseslər göstərdi ki, bu doğru qəbul edilmiş qərar idi. İldə 12 milyard transfer dövlət büdcəsinə sərf edirdisə, xərclər 6 milyard dollara düşdü. Yəni qeyd edilən 10 milyard vəsait itkisi bir-iki ay ərzində baş vermədi. Fiskal və monetar siyasətdə lazımi nəticələr çıxarılıb”.

OXŞAR XƏBƏRLƏR

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...