Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına çağırış etdi

Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına çağırış etdi
"Təhlükəsizlik Şurası mülki şəxslərin müdafiəsinə xüsusi diqqət yetirməli, daim tələb etməlidir ki, silahlı münaqişədə bütün tərəflər beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərinə tam riayət etsinlər".

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təşkilatın mənzil-qərargahında BMT Təhlükəsizlik Şurasının "Şəhərlərdə hərbi əməliyyatlar: şəhər şəraitində mülki şəxslərin müdafiəsi” mövzusuna həsr edilmiş iclasında deyib.

O bildirib ki, S/2022/23 nömrəli konseptual məktubda bir sıra məsələlər qaldırılır: "Təhlükəsizlik Şurasının bu iclasında, o cümlədən şəhər rayonlarında hərbi əməliyyatlar zamanı mülki şəxslərin üzləşdiyi problemlərin qarşısının alınması və onlara cavab verilməsi üçün Təhlükəsizlik Şurasının sərəncamında olan vasitələrdən daha səmərəli istifadə etməyin yolları və ölkələrin beynəlxalq humanitar hüquqa riayət olunmasını necə yaxşılaşdıra biləcəkləri barədə müzakirələr zamanı həmin konseptual məktubda qeyd olunan məsələlər rəhbər götürülməlidir".

Diplomat deyib ki, beynəlxalq humanitar normalarına tam riayət edilməsinin təmin olunması bütün silahlı münaqişələrdə əsas vəzifədir: "Cəzasız qalan hüquq pozuntuları çox vaxt münaqişələrin təkrarlanmasına və yeni cinayətlər törədilməsinə rəvac verən katalizator qismində çıxış edir".

Azərbaycanlı diplomat vurğulayıb ki, BMT-nin Baş katibinin öz məruzəsində vurğuladığı kimi, qaydalara riayət olunması və qabaqcıl praktikanın tətbiq edilməsi, habelə təqsirkarların məhkəmə qaydasında təqibinin reallaşdırılması və qurbanlara dəymiş ziyanın ödənilməsinin təmin edilməsi üçün siyasi iradə tələb olunur:

"Humanitar təşkilatların rolu əvəzedilməzdir. Bu təşkilatların münaqişəli və münaqişədən sonrakı hallarda iştirakı müstəsna olaraq humanitar xarakter daşımalı, bundan siyasi məqsədlər üçün istifadə edilməməli, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə müvafiq olaraq dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə tam hörmət edilməklə zərərçəkmiş ölkənin razılığı, neytrallıq və qərəzsizlik prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir".
 
(report)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...