Partiya sədrindən Elçin Babayevə sərt sözlər: \"Heç utanırsınızmı?!\"

Partiya sədrindən Elçin Babayevə sərt sözlər: \
Son günlər Bakı Dövlət Universitetinin tələbə-müəllim heyyətindən həyacan dolu informasiyalar yayılır. Universitet yenə ölkə gündəmindədir. Buna səbəb universitetin əksər fakültələrində dekan seçkilərinin keçirilməsidir. 
 
Sfera.az xəbər verir ki, sözügedən məsələylə bağlı Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu sosial şəbəkə  hesabında BDU-da baş verən hadisələrə münasibət bildirb.

Partiya sədrinin sözlərinə görə, müstəqil formada öz namizədliklərini verən tələbə-müəllim heyyəti tərəfindən sevilən və dekan olmağa ən şanslı namizədlər rektor Elçin Babayev tərəfindən təziqə və təqibə məruz qalır:

"Təbii ki, ilk baxışdan xoş görünən bu "seçkili dekan” üsul idarə etmə modelinin dərinliyinə getdikdə bunun "seçki” adlı şou olduğunu görmək olur. Heç şübhəsiz ki, bu şounun baş memarı da tarixi Bakı Dövlət Universitetinin rektoru əlahəzrət Elçin Babayevdir! 

Burada sual yarana bilər, Elçin Babayev nə edir? 

Elçin Babayev nə etmir ki? Nəyi etməməlidir edir, nəyi etməlidir onu etmir! Dekan seçkilərinə haram qatır! Müstəqil formada öz namizədliklərini verən tələbə-müəllim heyyəti tərəfindən sevilən və dekan olmağa ən şanslı namizədlər rektor Elçin Babayev tərəfindən təziqə və təqibə məruz qalır. Bu xalqın gələcəyinə vurulan zərbə deyildə nədir?! 

Elçin Babayev hər vərclə çalışır ki, rüşvət aldığı şəxsləri dekan seçdirməyə nail olsun. Rüşvət hesabına dekan "seçilən” şəxs(lər) sizcə şəffaf işləyə bilərmi?! 

Elçin Babayevin sevilən, dəstəklənən namizədlərə öz namizədliklərini geri çəkmək üçün açıq basqı siyasəti tətbiq etməsi nəyə və kimə xidmət edir?!…" 

Ağasif Şakiroğlu hesab edir ki, universitetin rektoru Elçin Babayevin əməllərinə hüquqi qiymət vermək zamanı yetişib. 

"Məni bu qanunsuzluqlarla yanaşı rektor Elçin Babayevin "həyatı üçün olan təhlükə” də narahat edir. Təsəvvür edin universitet rektoru universitet daxilində tələbələrinin və müəllim heyyətinin əhatəsində tək gəzmir. Boyu 2 metr olan mühafizəçi heyyəti ilə gəzir… Adama sual verərlər: Sən kimdən qorxursan? Tələbələrindən ya müəllim heyyətindən? Səni başqa rektorlardan üstün hansı cəhətin var ki, həyatın üçün təhlükə hiss edib mühafizə dəstəsilə gəzirsən?! Bu qoçulara nə ehtiyac var? Dekan olmaq istəyən müstəqil şəxsləri əzmək üçünmü?! 

Tələbə və müəllim heyyətinin sevgisini qazanmaq lazımdır cənab rektor… Bu sevgini qazanmaq lazımdır ki, o insanların əhatəsində qorxu ilə, hürkü ilə və bir dəstə qoçu ilə gəzməyə də ehtiyac qalmasın… Amma görünən budur ki, Siz bu "sevgini” qoçuluqla qazanmaq yolu seçmisiniz…

Hesab edirəm ki, universitetin rektoru Elçin Babayevin əməllərinə hüquqi qiymət vermək zamanı yetişib. Harınlamış şəxslərin yeri vəzifə yox, Kürdəxanıdır! 

Son olaraq hörmətli Elçin Babayevə buradan ritorik sual da ünvanlamağı özümə borc bilirəm: İş adamı olan Zahid Cəfərovu dekan etmək üçün ondan nə qədər pul almısız ki, digər namizədlərə namizədliklərini geri çəkmələri üçün təziq edirsiniz? Marağınız və məqsədiniz nədir? 

Heç utanırsınızmı?!"
 
(gundem.az)

OXŞAR XƏBƏRLƏR

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...

Azərbaycanda general VƏFAT ETDİ

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib.   ...

Çin XİN başçısı: "Ukraynadakı müharibənin daha da genişlənməsi riski var"

Ukraynadakı müharibənin daha da genişlənməsi riski var.   Sfera.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq İ Qətərin “Peninsul...