Rusiya Ukraynadakı diplomatlarını təxliyə edir - Müharibə hazırlıqları sürətləndi

Rusiya Ukraynadakı diplomatlarını təxliyə edir - Müharibə hazırlıqları sürətləndi
Rusiyanın Ukraynaya yaxın günlərdə başlayacağı gözlənilən irimiqyaslı hərbi intervensiyası ərəfəsində Moskva bu ölkədəki diplomatlarını evakuasiya edir.

Sfera.az xəbər verir ki, Ukraynadakı iki ABŞ konsulluğunun əməkdaşlarına təxliyəyə hazırlaşmaq tapşırılıb. Bu haqda "New York Times” Ukrayna təhlükəsizlik xidmətinin yüksək vəzifəli əməkdaşına istinadən bildirir.

Məmurun sözlərinə görə, yanvarın 5-də ölkəni 18 nəfər tərk edib, onlar əsasən rusiyalı diplomatların ailə üzvləridir. Yaxın günlərdə isə Rusiyanın Kiyev və Lvovdakı konsulluqlarının əməkdaşları təxliyə ediləcək. Bildirilir ki, ABŞ Rusiya diplomatlarının Ukraynadan təxliyə ediləcəklərini əvvəlcədən bilirdi.

"Bizdə məlumat var ki, Rusiya hökuməti Ukraynadakı diplomatik nümayəndəliklərinin əməkdaşlarını və onların ailə üzvlərini təxliyə etmək planını dekabrın sonlarında və yanvarın əvvəllərində hazırlayıb”, – amerikalı məmur bildirib.

Rusiyanın öz diplomatlarını Ukraynadan təxliyə etməsi Kremlin bu ölkəyə hücuma hazırlaşdığını təsdiq edən daha bir əlamətdir.

Digər xəbərə görə Kanada öz xüsusi təyinatlılarını Ukraynaya göndərib və məqsəd həm Kanada diplomatlarının təxliyəsinə dəstək vermək, həm gözlənilən Rusiya təcavüzü qarşısında Ukraynaya dəstək ifadə etməkdir. Bu haqda "Global News” telekanalı bildirir.

Ukrayna mənbələri isə xəbər verir ki, ötən sutka ərzində bu ölkəyə Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin iki C-17 nəqliyyat təyyarəsi enib. Təyyarələrin yüklərinin nədən ibarət olduğu məlum deyil. Amma Rusiya mənbələri iddia edir ki, Böyük Britaniya gizli şəkildə Ukraynaya "Brimstone” raketlərini çatdıra bilərdi. Bu raketlərin alınmasına dair ilkin anlaşma daha əvvəl əldə edilmişdi. "Brimstone” Rusiyanın zenit-raket komplekslərini və radarlarını sıradan çıxarmaq üçün effektiv silahdır.

Rusiya qoşunlarının Ukrayna sərhədlərinə cəmləşdirilməsi isə ara vermədən davam edir. Hər gün sosial şəbəkələrdə sərhədə doğru hərəkət edən dəmir yol eşalonlarının yeni görüntüləri yayılır. Sosial şəbəkələrdə yayılan videolarda Rusiya əsgərləri günlərdir plaskart vaqonlarda yol getdiklərini, hələ bir neçə gün də getməli olduqlarını deyirlər. Onlar Rusiyanın Uzaq Şərqdəki hərbi hissələrinin şəxsi heyətidir. Sərhədə yaxın cəmləşmə rayonlarına çatanlar isə çadır düşərgələrdə yerləşdirilirlər, bu cəmləşmə rayonlarında səhra hospitalları da qurulub.

Qərb analitikləri Ukraynaya gözlənilən hücumun istiqamətlərindən birinin də Belarus olduğunu qeyd edirlər. Hansı ki, son günlər Rusiya ordusunun Belarus ərazisinə də cəmləşdirilməsi müşahidə olunmaqdadır. Belarus vətəndaşları Rusiya hərbi texnikasının nəhəng kalonlarla ölkə ərazisinə daxil olduğunun şahidi olurlar.

Hərbi texnikanın Ukraynaya yaxın Qomel vilayəti ətrafında, habelə Minsk yaxınlığında cəmləşdirildiyi bildirilir. "Motolko-help” adlı telegram-kanalda Belarusa cəmləşdirilən Rusiya hərbi texnikasının görüntüləri yayılıb. Tanınma nömrələrinə əsasən bunlar Krasnodar və Orenburq vilayətlərində yerləşən hərbi hissələrin texnikasıdır. Onların arasında "Uraqan” reaktiv yaylım atəşi sistemləri də yer alır.

"Bununla belə, rəsmi Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin hələ də Ukraynaya hücumla bağlı yekun qərar vermədiyini düşünür”, – "New York Times” qeyd edir.

Bundan əlavə, ukraynalı mənbə vurğulayıb ki, Kiyev Rusiya qoşunlarının təlimlər üçün Belarusa yeridilməsindən ehtiyat edir. Ukrayna bunun ölkəni şimaldan, şərqdən və cənubdan hücuma açıq qoyacağını hesab edir.
 
(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...