\"Paşinyan bunu etsə, danışıqlar çətin olacaq\" - Politoloq

\
"Türkiyə Ermənistanla danışıqlarda Azərbaycanın maraqlarını nəzərə alır”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, xüsusilə iki ölkə arasında sərhədlərin açılması Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə nəticələnməlidir:

"Bu da sülh müqaviləsinin bağlanmasına gətirib çıxarmalıdır. Məhz rəsmi Bakının da gözləntiləri bundan ibarətdir. Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə ilə danışıqlar fonunda Zəngəzurda dəmiryolunun tikintisi üçün işçi qrupu yaratdı. Əgər Ermənistan tərəfi danışıqlar prosesində ərazi bütövlüyünü tanımasa, yaxud Qarabağın dağlıq hissəsi istisna olmaqla tanıyarsa, danışıqlar çətin olacaq”.

Politoloq əlavə edib ki, Rusiya Qarabağın etnik ermənilər yaşayan ərazisini delimitasiya və demarkasiya prosesindən kənar hesab edir:

"Nikol Paşinyanın etnik ermənilərin yaşadığı ərazi olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıması mümkündür. O halda ki, oradakı ermənilərə özünü idarəetmə sistemi verilsin. Türkiyə prosesdə var. Ankara İrəvanla bu məsələni müzakirə edir”.

Xatırladaq ki, yanvarın 14-də Moskvada Türkiyə və Ermənistan arasında ilk rəsmi görüş keçirilib.


Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...