Qazaxıstandakı hadisələr nefti və uranı BAHALAŞDIRIR

Qazaxıstandakı hadisələr nefti və uranı BAHALAŞDIRIR
Qazaxıstanda baş verən son hadisələr uran və neftin bahalaşmasına səbəb olub.
 
Sfera.az bildirir ki, Qazaxıstan "OPEC+” razılaşmasına qoşulan ölkələrdən biridir və o, hər il 70 milyon tondan artıq neft ixrac edir.

Birja analitiklərinin şərhinə əsasən, neft qiymətləri məhz Qazaxıstan və Liviyada baş verən hadisələrlə əlaqədar ucuzlaşmır. Qazaxıstanda siyasi gərginlik, Liviyada isə istehsal problemləri var. Neft ixrac edən ölkələrdən ikisində baş verən hadisələr "Brent” neftinin qiymətinin 83 dollara qədər yüksəlməsinə kömək edib.

Qazaxıstandakı hadisələr uranın da bahalaşmasına təkan verir. Ölkədə baş verən hadisələrin ardından uranın qiyməti 10 faizdən çox yüksələrək 45 dolları ötüb.
Qazaxıstan dünyada istehsal edilən uranın 25 faizini təmin edir. Hadisələrlə əlaqədar uran istehsalının dayanması ehtimalı gücləndiyindən bu radioaktiv maddə bahalaşıb.

Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR