“Bu məhsullar da bahalaşacaq, qarşısını ala bilmərik” – İqtisadçıdan bədbin proqnoz

“Bu məhsullar da bahalaşacaq, qarşısını ala bilmərik” – İqtisadçıdan bədbin proqnoz
Xəbər verdiyimiz kimi, çörəyin qiymətinin 10-15 qəpik, 50 kq-lıq bir kisə unun topdansatış qiymətinin isə 36 manatadək artacağı bildirilib.
 
Maraqlıdır, artan qiymətlər digər ərzaq məhsullarının bahalaşmasına da səbəb olacaqmı? Ehtimal edilən bahalaşma tempinin sonradan arta biləcəyi gözlənilirmi?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan iqtisaçı ekspert Natiq Cəfərli Azərbaycanın idxaldan asılı olduğunu xatırladaraq, çörək və unun hansı həddədək bahalaşacağının qeyri-müəyyən olduğunu deyib:

"Azərbaycanda qiymətlər dünyada un istehsalı üçün istifadə edilən buğdanın qiymətinin hansı səviyyəyə qədər bahalaşmasından asılı olacaq. Azərbaycan ərzaq buğdası təminatında 70 faiz civarında idxaldan asılıdır. Qiymətlərin kəskin səviyyədə artdığı dövrdə yaşadığımız üçün bahalaşma xaricə faktorlara uyğun olaraq tənzimlənəcək. Eyni zamanda qiymətlərin yüksəlməsi indiyədək hansı səviyyədə taxıl ehtiyatının olmasından da asılı olacaq. Belə ki, köhnə qiymətlə alınan  taxılın hansı dövrədək yetərli olması ilə bağlı da məsələ mühümdür”.
 
Ekspert çörək və unun bahalaşmasının bəzi ərzaqların qiymətinə təsir edəcəyini deyib:

"Bahalaşma digər un məmulatlarında - makaron, vermişel kimi məhsullarda müşahidə ediləcək. Həmin məhsulların xammal dəyərində yüksəliş olduğu üçün qiymətlərin artması da qaçılmazdır. Çörəyin süfrəmizdə, mədəniyyətimizdə yerinin önəmini nəzərə alaraq, istər-istəməz qiymət artımının vətəndaşa ciddi təsir edəcəyini düşünürəm. Lakin problem tək dünyada qiymət artımı deyil, əsas problem özümüzü ərzaq buğdası ilə təmin edə bilməməyimizdədir”.

Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...