“Paşinyan devrilə və digər komanda üzvü hakmiyyətə gələ bilər” - Politoloq

14:32 / 24.12.2021
365
"Türkiyə-Ermənistan əlaqələrinin normallaşması və
sərhədlərin açılması istiqamətində xüsusi nümayəndələrin təyin edilməsi heç də
yaxın aylarda iki ölkə arasında münasibətlərin normallaşmasına gətirməyəcək”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Ermənistan ilk növbədə Konstitusiya dəyişliklərinə getməli və ərazi iddialarından əl çəkməlidir:
"Həmçinin sözügedən ölkə Zəngəzur dəhlizini açmalıdır, çünki dəhliz məsələsi strateji önəm daşıyır. Amma Paşinyan bunu müzakirə etməkdən yayınır. Ermənistan bununla yanaşı, Qarabağa iddialardan əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Danışıqlarda bir cox məsələlər masaya yatırılacaq və Ermənistan rəhbərliyinin təklifləri qəbul etməsində problemlərin yaranması istisna deyil”.
Politoloq qeyd edib ki, ortada olan problemlər fonunda Türkiyə-Ermənistan əlaqələrinin normallaşması və sərhədlərin açılması ilk növbədə İrəvanın atacağı addımlardan asılı olacaq:
"Ondan sonra Ankara və Bakı tandemi qərar verəcək. Ermənistan rəhbərliyi təkcə dəmiryol xəttinin çəkilməsinə razılıq verib. Azərbaycan üçün əsas məsələ dəhlizdir və bunun reallaşması mütləqdir. Əgər geosiyasi nizam reallaşmasa, Paşinyan devrilə və digər komanda üzvü hakmiyyətə gələ bilər”.
Günay Rəsulqızı