“O, Paşinyandan amansız qisas alacaq” – Bu dünya lideri erməni baş nazirə qəzəblidir

“O, Paşinyandan amansız qisas alacaq” – Bu dünya lideri erməni baş nazirə qəzəblidir
"Laçın dəhlizi bağlanmadıqca qanunsuz səfərlər davam edəcək”.
 
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. O, Fransada prezidentliyə əsas namizəd Valeri Pekressin Xankəndiyə səfərini xatırladıb və bunun regional mediada ciddi əks-səda yaratdığını əlavə edib:
 
"Pekressinin Qarabağa səfəri bundan sonra rəsmi Parislə İrəvan arasındakı münasibətlərdə ziddiyyətlərin yaranmasını istisna etmir, çünki səfər qeyri-rəsmi idi və Fransa hakimiyyətinin mövqeyini ifadə etmirdi. Digər tərəfdən Valeri Pekress hazırkı prezident Emmanuel Makronun real rəqibidir. Bu isə o deməkdir ki, baş nazir Nikol Paşinyan Pekressi ilə münasibətlər fonunda Makrona badalaq vurdu, onu pis vəziyyətdə qoydu. Şübhəsiz, Makron gələcək siyasətində bunu nəzərə alacaq. O, Paşinyanı cəzalandıra bilər. Ən azından əlaqələrin daha da inkişaf etməsinə mane olmaqdan ötrü əlindən gələni edəcək”.
 
Müsahibimizin sözlərinə görə, qanunsuz səfərlərlə bağlı Moskvaya da narazılığımızı bildirməliyik:
 
"Biz bunu etmədikcə rusların Qarabağdakı pozuntuları davam edəcək. Baş verən proseslər, o cümlədən Pekressinin qanunsuz səfəri Laçın dəhlizini nəzarətə götürməyimizin nə qədər vacib olduğunu bir daha təsdiqləyir”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...