“Rusiya bölgəyə heç kimi buraxmaq istəmir” – Brüssel görüşü Moskvanı bunları etməyə vadar edəcək

“Rusiya bölgəyə heç kimi buraxmaq istəmir” – Brüssel görüşü Moskvanı bunları etməyə vadar edəcək

Ermənistan mediası Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın ilin sonuna kimi görüşə biləcəyini yazır. Digər tərəfdən isə Rusiya və ABŞ-NATO toqquşmasının intensivləşdiyi müşahidə edilir.


 

Bu baxımdan maraqlıdır, Moskva Cənubi Qafqaz cəbhəsində möhkəmlənmək üçün Azərbaycan və Ermənistan arasında onun vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların qısa zamanda praktiki mərhələyə keçməsinə çalışa bilərmi? Yekun sazişlə bağlı liderlərin görüşü gözləniləndirmi?


 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov qeyd edib ki, xüsusilə Avropa Birliyi ölkələri son illər Qafqazda nüfuzlarını möhkəmləndirmək istiqamətində daha ciddi fəallıq göstərirlər:


 

"Azərbaycanın İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsindən sonra bu fəallıq daha da artıb. Brüsseldə prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüşün keçirilməsi üçün ev sahibliyi və vasitəçilik etmək də Avropa strukturlarının fəallıqlarının sübutudur. "Təsir əks-təsirə bərabərdir” qaydasını əsas götürsək, Avropanın bu fəallığının Rusiya tərəfində heç də razılıqla qarşılanmadığını söyləyə bilərik. Kimliyindən və beynəlxalq münasibətlərdə tutduğu mövqedən asılı olmayaraq, Rusiya heç bir aktoru Cənubi Qafazda gedən münaqişələrdə vasitəçilik etməyə yaxın buraxmaq fikrində deyil. Bunu Rusiya prezidenti Vladimir Putin bir neçə dəfə rəsmi şəkildə bəyan edib”.


 

Müsahibimiz bildirib ki, indiki şəraitdə əlində olan mexanizmlərdən maksimum istifadə edən Rusiya Azərbaycanla Ermənistan arasında gedən prosesləri nəzarətindən kənara buraxmaq istəmir:


 

"Cənubi Qafqaz hazırda Avropa-Rusiya qarşıdurması cəbhəsindən birinə çevrilib. Bu ilin sonuna qədər Moskvada Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilməsi gözlənilən görüş haqqında qeyd edə bilərəm ki, tərəflər əvvəllər həm Soçi, həm də Brüsseldə əldə olunmuş razılığın daha da möhkəmləndirilməsi haqqında müzakirələr apara bilər. Tərəflərin və vasitəçilərin arzu və istəyindən asılı olmayaraq yeni, daha ciddi razılaşmaların müzakirə və əldə olunacağı gözlənilən deyil”.


 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Nazir Leyla Muradzadəyə yüksək vəzifə verdi

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyinatı olub.   Bu barədə Sfera.az-a Mədəniyyət Nazirliyindən bildirilib.   ...

"İstanbulda Rusiya-Ukrayna atəşkəsi ela oluna bilər" - AKP

İstanbul görüşündə Ukrayna Rusiya arasında atəşkəslə bağlı razılıq ola bilər.    Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin...

Ötən günün statistikası: Kartlardan 15 min oğurlanıb

Vətəndaşların bank kartlarından mayın 13-də 15 min manata yaxın pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat ve...

"Yaşadığımız bina qəsdən yararsız hala salınır" - Səbaildən ŞİKAYƏT

Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasının yararsız hala salınması üçün işlər getdiyi iddia olunu...

Azərbaycanda iş günləri 4-ə endirilir? - MÜHÜM YENİLİK

Azərbaycanda bəzi aylarda ard-arda qeyri-iş günlərinin olması müxtəlif aspektlərdən dəyərləndirilir. Bayram və istirahət günləri bir tərəfdən insanların dincəlm...

Leyla Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni di...