EU Reporter: İlham Əliyev regionda sülh, sabitlik və təhlükəsizliyin qarantıdır

10:26 / 24.12.2021
659
Keçən həftə Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammiti
Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol
Paşinyan arasında konstruktiv danışıqlara təkan verdi və bu, Cənubi Qafqaz
regionunda davamlı sülhün əldə olunması üçün əlamətdar hadisə oldu.
Bu
barədə politoloq Dr. Ceyhun
Osmanlı özünün EU Reporter üçün yazdığı məqalədə bildirir.
Müəllif
həmçinin yazır ki, Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişelin sülh
təşəbbüsü iki qonşu dövlət arasında münasibətlərin normallaşmasına mühüm töhfə
kimi qiymətləndirilib və bu, onların sərhədlərinin delimitasiyası və
demarkasiyasına (Aİ tərəfindən ekspert missiya qrupu və texniki yardım
vasitəsilə dəstəkləyəcək), gücləndirilmiş etimad quruculuğuna, xalqlararası
ünsiyyətə və mühüm nəqliyyat infrastrukturunun, xüsusilə də Azərbaycandan
Naxçıvan Muxtar Respublikasına Zəngəzur dəhlizi kimi tanınan ərazidən -
Ermənistandan keçməklə dəmir yolunun tikintisi ilə hərtərəfli sülh sazişinə
gətirib çıxaracaqdır.

Mişel
Ermənistan və Azərbaycan sərhədində son silahlı toqquşmalardan sonra
gərginliyin azaldılmasını təmin etmək üçün hər iki ölkə liderinin atdığı
addımları yüksək qiymətləndirib. Xüsusilə, Prezident Mişelin dəstəyi ilə hər iki ölkənin müdafiə
nazirləri arasında birbaşa kommunikasiya əlaqəsinin uğurla qurulması,
bu yaxınlarda Azərbaycan
tərəfindən on erməni məhbusun azad edilməsi və qalan mina xəritələrinin
Ermənistan tərəfindən təhvil verilməsi alqışlanıb.
Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış Qarabağ bölgəsinin 30 ildir davam edən erməni işğalına son
qoyan 44 günlük müharibədən sonra 10 noyabr 2020-ci ildə Ermənistan, Azərbaycan
və Rusiya
tərəfindən üçtərəfli saziş imzalansa
da, son vaxtlara qədər Ermənistan-Azərbaycan sərhədində ara-sıra atışmaların baş verdiyi bildirilir və
həll olunmamış problemlər regional sabitliyə təhlükə yaratmaqda davam edir.
Münasibətlərin normallaşması Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO)
tərəfindən də dəstəklənib. Bu ay prezident Əliyev NATO-nun baş katibi Yens
Stoltenberq, eləcə də Şimali Atlantika Şurasının bütün 30 müttəfiqi
ilə görüşüb. "NATO-nun
Azərbaycanla tərəfdaşlığında dialoq və anlaşmanın vacibliyini” vurğulayan
Stoltenberq bildirib ki, "Azərbaycan Əfqanıstandakı missiyamıza mühüm töhfələr
verib. Bu yay evakuasiya zamanı Kabil hava limanında təhlükəsizliyin təmin
edilməsində Azərbaycan silahlı qüvvələri mühüm rol oynayıb”.

Brüsseldə baş verən bu
son müsbət irəliləyişlər, eləcə də iki ölkə arasında birbaşa dialoqun davam
etdirilməsini dəstəkləyən gücləndirilmiş
ATƏT-in Minsk Qrupunun mövcudluğu yaxın gələcəkdə Cənubi Qafqazda sülh
atmosferin olacağına işarə edir.
Bu, müharibə illərində
populyarlığı pik həddə çatan Azərbaycan prezidenti İlham Əliyev üçün xoş
xəbərdir. O,
Azərbaycanın dədə-baba torpaqlarını işğaldan azad etməklə yalnız uzun sürən
münaqişə zamanı öz yurd-yuvasından didərgin düşmüş 1 milyon azərbaycanlı
məcburi köçkün və qaçqın üçün deyil, həmçinin Ermənistanın BMT, Avropa
Parlamenti, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının
(ATƏT) Ermənistan ordusunun Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondan
dərhal çıxarılmasını tələb edən bir sıra qətnamələri və beynəlxalq hüquq
normalarını pozmasına baxmayaraq, bütün xalq üçün tarixi ədaləti bərpa etdi.
İndi o, regionda sülh, sabitlik və təhlükəsizliyin simvoluna çevrilmək üzrədir.

Azərbaycan
öz milli maraqlarını, o cümlədən mehriban qonşuluq, dinc yanaşı yaşamaq və
bərabərhüquqlu əməkdaşlıq prinsiplərini rəhbər tutaraq, Sovet İttifaqından
müstəqillik qazandıqdan sonra çoxvektorlu xarici siyasət həyata keçirir.
Azərbaycan Respublikası BMT, ATƏT və Müstəqil Dövlətlər Birliyi (MDB) kimi
bütün aparıcı beynəlxalq hökumətlərarası təşkilatların tamhüquqlu üzvüdür.
Azərbaycan Avropa Şurasına üzvlük və digər əməkdaşlıq mexanizmləri ilə Avropaya
lövbər salmaqla yanaşı, həm də İslam dünyası ölkələrini birləşdirən İslam
Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdür. Bu siyasətin müdrikliyi və praqmatizmi
Azərbaycanın hərbi ittifaqlarda təmsil olunmaması, blok qarşıdurmasına deyil,
çoxtərəfli əməkdaşlığa üstünlük verməsində özünü göstərir və bunu Azərbaycanın
Qoşulmama Hərəkatına üzv olması sübut edir. Azərbaycan həm də çoxsaylı mədəni, idman və
sosial təşəbbüslərə, o cümlədən "Bakı-2015” ilk Avropa Oyunlarına və 2017-ci
ildə İslam Oyunlarına, multikulturalizm, dinlərarası dialoq və dini
tolerantlığa dair forumlara ev sahibliyi edir.
Dekabrın 24-də 60 yaşı tamam olacaq Prezident Əliyev 2003-cü
ildə atası Ümummilli
Lider Heydər Əliyevdən sonra prezident vəzifəsinə
seçilmişdir. 2000-ci illərin əvvəllərindən
Azərbaycanda böyük dəyişikliklər baş vermişdir. O, yoxsulluğun azaldılmasında
və ümumi rifahın artırılmasında nəzərəçarpacaq irəliləyiş əldə etmişdir. Yüksək iqtisadi artım templəri,
artan məşğulluq və yüksək real əmək haqqı artımları bütün bunlar yoxsulluğun
azalmasına və orta təbəqənin genişlənməsinə kömək etmişdir. Dünya Bankının
məlumatına görə, "2015-ci ildə neftin qiymətinin kəskin şəkildə aşağı
düşməsindən sonra iqtisadi qeyri-sabitlik dövründən sonra Azərbaycan iddialı
iqtisadiyyatın diversifikasiyası proqramına başlayıb və daha sonra iqtisadi
artımın davam etdiyini bildirmişdir.” O cümlədən ümumi daxili məhsul (ÜDM)
2000-ci ildə 5,3 milyard dollardan 2021-ci ildə 42,6 milyard dollara qədər
artmışdır.

Beynəlxalq reytinq agentliyi Moody's
Azərbaycanın kredit reytinqini Ba2 səviyyəsində təsdiqləyərək vəziyyətin
"stabil"dən "müsbət"ə dəyişdiyini proqnozlaşdırıb. Bu,
Azərbaycan rəhbərliyinin ölkənin kredit profilinin sabitliyini artırmaq
qabiliyyətini əks etdirir. Bundan əlavə, Heritage Foundation tərəfindən tərtib
edilən İqtisadi Azadlıq İndeksi 2021-ə görə, Azərbaycan 6 pillə yüksələrək,
Belçika və İspaniyadan bir qədər aşağı 38-ci yerdə qərarlaşıb. Dünya Bankının
"Doing Business” hesabatında Azərbaycanın mövqeyi də ildən-ilə yaxşılaşır. Ölkə
2012-ci ildə Dünya Bankının "Doing Business” reytinqində 71-ci yeri tutduğu
halda, 2021-ci ildə biznesin asanlaşdırılmasına
görə 190 ölkə
arasında 34-cü yeri tutmuşdur.