Prezident Dövlət Sosial Müdafiə Fondu ilə bağlı fərman imzaladı

Prezident Dövlət Sosial Müdafiə Fondu ilə bağlı fərman imzaladı
Prezident İlham Əliyev "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Qanunun tətbiqi barədə Fərman imzalayıb.

Sfera.az xəbər verir ki, müəyyən edilib ki, "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Qanunun 3-cü maddəsinin 3-cü və 4-cü hissələrində, 4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Prezident həyata keçirir;

Həmin Qanunun 3-cü maddəsinin 3-cü hissəsində "orqan (qurum)” dedikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzərdə tutulur;

Həmin Qanunun 3-cü maddəsinin 4-cü hissəsində "orqan (qurum)” dedikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur;

Həmin Qanunun 4-cü maddəsində "orqan (qurum)” dedikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzərdə tutulur.

Nazirlər Kabineti "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Qanundan irəli gələn məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi:

"Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 402-VIQ nömrəli Qanununun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların yerinə yetirilməsi üçün tədbirlər görməli və bu barədə ildə iki dəfə Prezidentə və Nazirlər Kabinetinə məlumat verməlidir;

Həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin aylıq və rüblük bölgüsünü 10 (on) gün müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etməlidir;

Büdcə təşkilatlarının 2022-ci il yanvarın 1-dək yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclarına dair məlumatları 20 (iyirmi) gün müddətində Maliyyə Nazirliyinə təqdim etməlidir;

"Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 402-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Prezidentə və Nazirlər Kabinetinə məlumat verməlidir;

"Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 402-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyi:

Bu Fərmanın 3.2-ci bəndində qeyd olunan bölgü nəzərə alınmaqla, 2022-ci il üçün dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi ilə bağlı dövlət büdcəsindən ayrılan vəsaitin (transfertin) aylıq və rüblük bölgüsünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla 10 (on) gün müddətində təsdiq etməlidir;

Büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlər üzrə əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclarını 2022-ci il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə almalıdır;

"Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 402-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etməlidir.

Nazirlər Kabineti, şəhər və rayon icra hakimiyyətləri dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlarla birlikdə tədbirlər görməlidirlər.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...