Ceyhun Bayramov: "İslamabadda Əfqanıstan böhranına dair mühüm qərarlar verilib"

Ceyhun Bayramov:
"Əfqanıstanda avqust ayından geniş vüsət alan humanitar böhran yüz minlərlə əhalinin həyatına təhlükə yaradır".

Sfera.az bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç ilə keçirdiyi mətbuat konfransında "Report”un sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının İslamabaddakı 17-ci görüşündə Əfqanıstandakı humanitar böhranın qarşısını almaq üçün bir sıra mühüm qərarlar verilib: "Belə ki, İslam İnkişaf Bankının himayəsində Humanitar Etimad Fondu təsis edilir, Əfqanıstanın ərzaq təhlükəsizliyi proqramını təsis edərək bununla bağlı biri Pakistanda fəaliyyət göstərəcək iki logistika mərkəzi yaradılır. Bununla yanaşı, Əfqanıstanda sabitliyin bərqərar olması istiqamətində İƏT-in səylərini əlaqələndirmək üçün təşkilatın Əfqanıstanda xüsusi nümayəndəsi vəzifəsi təsis edilir, həmin təşkilatın ölkədəki missiyası iqtisadi və insan ehtiyatları baxımdan gücləndirilir".

Nazir xatırladıb ki, Azərbaycan daim Əfqanıstana dəstək və yardım göstərib: "Azərbaycan bu ölkəyə yardım edən ilk qeyri-NATO ölkəsi, habelə son təxliyə zamanı sülhməramlılar heyətini oradan çıxaran son ölkə olub”.

Bosniya və Herseqovina xarici işlər naziri Bisera Turkoviç də Əfqanıstandakı humanitar vəziyyətdən narahat olduqlarını, həmin ölkədə gender bərabərliyi sahəsində vəziyyətin kəskin olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...