Rusiya dekabrın 24-də Ukraynaya hücum edəcək? – “Qərb döyüşə girməyəcək...”

Rusiya dekabrın 24-də Ukraynaya hücum edəcək? – “Qərb döyüşə girməyəcək...”
Ötən gün Rusiya prezidenti Vladimir Putin növbəti dəfə Qərblə ultimativ tonda danışıb.
 
"ABŞ və onun müttəfiqləri başa düşməlidirlər ki, Vaşinqtonun Ukrayna ilə bağlı planlarına görə Rusiyanın "geri çəkiləcək yeri yoxdur”. Onların indi Ukrayna ərazisində etdikləri, etməyə çalışdıqları və planlaşdırdıqları bizim milli sərhədimizdən min kilometr uzaqlıqda deyil, bu, bizim evimizin astanasındadır", deyə Putin bildirib.
 
Maraqlıdır, Rusiyanın ultimatumuna Qərbin cavabı nə olacaq?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı Britaniya mətbuatının dekabrın 24-də Rusiyanın Ukraynaya gözlənilən hücumu barədə məlumat dərc etdiyini xatırladıb:

"Üstəgəl, Rusiyanın Xarici işlər naziri Lavrov ötən gün mətbuat konfransında deyib ki, NATO-nun baş katibi istefaya getsin. Lakin mən Rusiya ilə Ukrayna arasında hələ ki, müharibə olacağını düşünmürəm. Təbii ki, bu müharibə gec-tez olacaq. Bu gün Ukraynanın daxilində müəyyən problemlər var – həm Zelenskinin komandasında, həm iqtidar-müxalifət və digər məsələlərdə. Eyni zamanda Ukraynanın Türkiyədən aldığı "Bayraktar”ların idarə olunması ilə əlaqəli yaratdığı mərkəz hələ tam istifadəyə verilməyib. Vaşinqton və Moskva pərdəarxası oyun oynayır, diplomatik gedişlər edirlər. Bayden-Putin görüşündə də bu gərginlik səngiyib, heç bir müharibə təhlükəsi yoxdur”.

Müsahibimiz bildirib ki, növbəti görüşlərdə öhdəliklər yerinə yetirilməzsə, Ukrayna ilə müharibə gözləniləndir:

"Qaldı ki, Qərbin Putinin ultimatumlarına reaksiyasına, burada qeyd etdiyim kimi diplomatik savaş gedir. Rusiya belə deyir, Qərbə elə cavab verir, NATO müharibəyə hazırlaşır, təlimlər keçirir. Burada Qərb deyəndə əsas ABŞ nəzərdə tutulur və iki tərəf də bir-birilərini ittiham edirlər, diplomatik söz oyunu gedir. Bir şeyi də diqqətə çatdırmaq lazımdır ki, Zelenski Putin-Bayden görüşündən sonra Ağ Ev sahibi ilə telefonla danışıb və orada da liderlər baş tutan görüşdən razılıqlarını bildiriblər. Ona görə də prosesləri izləməkdə fayda var. Ümumiyyətlə, Qərb Ukrayna üçün döyüş meydanında Rusiya ilə mübarizə aparmayacaq”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...