Hamilə aktrisa efirdə etdiyi zarafatla aparıcını və tamaşaçıları utandırdı: Qarnını göstərib…

Hamilə aktrisa efirdə etdiyi zarafatla aparıcını və tamaşaçıları utandırdı: Qarnını göstərib…
Hollivud ulduzu Cennifer Laurensin son açıqlamaları səs-küyə səbəb olub.
 
Sfera.az bildirir ki,  "The Late Show” verilişinin qonağı olan aktrisanın cinsi münasibətlərlə bağlı etirafı həm aparıcını, həm də tamaşaçıları utandırıb. Belə ki, aparıcı Kolbert ulduza "Son 3 ildə nə etdin, zamanın necə keçdi” sualını ünvanlayıb. Cenniferin cavabı isə eşidənləri şoka salıb. Əlini qarnına qoyub hamiləliyinə işarə edən aktrisa "Bol-bol cinsi əlaqəyə girdim” söyləyib. Laurens ardınca bunun zarafat olduğunu deyib.
 
Qeyd edək ki, Cennifer Laurens həm pandemiya, həm də hamiləliyinə görə uzun müddətdir efirdən uzaqda idi. O, yeni filmi "Don't Look Up” ilə geri dönməyə hazırlaşır. 

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR