Ayrılıq xəbərlərinə Kadir Doğuludan CAVAB

Ayrılıq xəbərlərinə Kadir Doğuludan CAVAB
Türkiyəli məşhur cütlük Neslihan Atagül və Kadir Doğulunun ayrıldığı iddia olunub.
 
Sfera.az bildirir ki, yayılan xəbərlərə Doğuludan reaksiya gecikməyib. Ötən gün Etilerdə görüntülənən aktyor sözügedən məsələyə münasibət bildirib. "Bu xəbəri yayanlara sadəcə "Yeri get” deyirəm. Siz həqiqətən də belə bir iddiaya inanırsınız? Neslihanla çox xoşbəxtik”, deyə Kadir jurnalistlərə açıqlamasında deyib. 

Qeyd edək ki, "Söylemezsem Olmaz” verilişinin aparıcıları Bircan Bali və Seren Serengil, Kadir Doğulu ilə Neslihan Atagülün evliliyində problem olduğunu iddia etmişdi. 

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR