Çevriliş planını ABŞ kəşfiyyatı hazırlayıb – ŞOK İDDİA
"15 iyul dövlət çevrilişin cəhdə görə həbs olunan hərbiçilərin xilası üçün ABŞ, Avropa Birliyi və İsrail dövriyyəyə girib”.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli yazar Taha Dağlı məqalə qələmə alıb.
Onun sözlərinə görə, dövlət çevrilişinə cəhd edənlərə qarşı çox səslər çıxır: "Hamısı istəyir ki, Türkiyədə əllərinin altında həmişə qiyamçılar olsun. Bu gün Brüsseldə Avropa Birliyi xarici işlər nazirlərinin zirvə toplantısı baş tutacaq. 15 iyul hadisələri zirvənin gündəmində daxil olunub. Avropa Birliyi xarici siyasət təmsilçisi Federika Mogerini Türkiyə hökumətinə bu hadisələrdən sonra hüququn üstünlüyünü qorunması üçün güclü bir mesaj göndərəcəklərini dedi. Əslində bu, "çevriliş edənlərə çox da toxunmayın” deməkdir. Eyni mövqeyi Fransadan gəldi və bildirdilər ki, dövlət çevrilişi səbəbinə görə Ərdoğana "açıq çek” verilməməlidir”.
T. Dağlı qeyd edib ki, ABŞ və Avropa Birliyi ilə yanaşı İsrail də bu səfdə yer alır.
"İsrail də Qərb dünyasındakı çevriliş şəbəkəsinə daxildir. Bu şəbəkə "əgər çevriliş uğurlu olsaydı, biz Türkiyədəki xunta ilə razılığa gələrdik”. Məsələ açıqdır. Bu çevrilişə cəhdi Gülənçilər etdi, planı isə CİA qurdu. Qərb də "çevriliş gəlir” deyə sevindilər”, - deyə o bildirib.